Əriyən Tibet buzlaqlarında 15 min illik qədim viruslar tapıldı - Yeni epidemiyalar yayılacaqmı?

Əriyən Tibet buzlaqlarında 15 min illik qədim viruslar tapıldı - Yeni epidemiyalar yayılacaqmı?

Ohayo Dövlət Universiteti və Lourens Berkli Milli Laboratoriyasının bir qrup mütəxəssisi Tibetdəki buzlaqlardan götürülmüş nümunələrdə virusların qədim formalarını aşkar ediblər.
 

Sfera.az xarici elmi nəşrlərə istinadən bildirir ki, 1992-ci ildə tədqiqatçılar qrupu Tibet yaylasındakı buzlaqdan nümunələr toplayıb. Bu buz təbəqəsinin 15.000 yaşında olduğunu aşkar edilmişdi. Tapıntının nümunələri sonrakı araşdırmalar üçün saxlanılırdı. Daha sonra həmin qrup eyni buzlaq təbəqəsindən yenidən nümunələr götürüb. 2015-ci ildə götürülmüş bu nümunələr də saxlanılıb. Alimlər bu iki nümunəni müqayisə edərək, buz təbəqəsində olan orqanizmləri təhlil ediblər.


Nümunələrin xarab olmaması üçün tədqiqat soyuq şəraitdə aparılıb. Mikroorqanizmlər və viruslarla işləmə prosedurlarını yerinə yetirən tədqiqatçılar 28-i müasir növ olan 33 virus cins qrupunu müəyyən ediblər. İqlim dəyişikliklərinin viruslar üzərində də dəyişikliyə səbəb olduğu təxmin edilir. Qlobal istiləşmə ilə birlikdə buzlaqlarda müşahidə edilən ərimənin köhnə virus növlərini səthə çıxardığı bildirilir. Lakin bu virusların səthə çıxıb hansısa şəkildə yayılıb-yayılmaması, özü ilə yeni epidemiyalar gətirib-gətirməyəcəyi hələ ki məlum deyil.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...