Xəzərdə istehsal olunacaq elektrik Avropaya ixrac ediləcək

Xəzərdə istehsal olunacaq elektrik Avropaya ixrac ediləcək

Azərbaycanda bərpa olunan enerji mənbələri, xüsusilə dənizdə külək enerjisi üzrə yaradılacaq böyük güclər hesabına istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin Avropaya ixracı nəzərdə tutulub.

 

Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanı qəbul edən zaman bildirib.

 

Görüşdə enerji əməkdaşlığının Azərbaycan və Macarıstan əlaqələrinin vacib hissəsi olduğu vurğulanıb. Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

 

Nazir Azərbaycanda “yaşıl enerji” sahəsində əlverişli investisiya mühiti və xarici sərmayələrin cəlbi ilə irimiqyaslı layihələrin icrası üzrə görülən işlər haqqında məlumat verib.

 

Səfir ölkəsinin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində aktiv əməkdaşlıqda, həmçinin Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və “Yaşıl enerji zonası”na çevrilməsində iştirakda maraqlı olduğunu ifadə edib.

 

Görüşdə enerji sahəsində əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...