“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

İdman
18:10 / 26.10.2022
8470
“Evdə qalib gəlməliyik”.
Sfera.az məlumatına görə, bunu “Nant”ın futbolçusu Andrey Cirotto Fransada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çox vacib olduğunu bildirib. Cirotto II turda Bakıda “köhlən atlar”a uduzduqlarını xatırladıb.
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.