Prezident Azərbaycanla İsrail arasındakı bu sazişi TƏSDİQLƏDİ

Prezident Azərbaycanla İsrail arasındakı bu sazişi TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişi təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər.

 

Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir.

 

Sazişin müddəaları eyni zamanda, Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Sazişə əsasən, razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...