ABB-nin dəstəyi ilə sahibkarlar üçün tədbir keçirilib

ABB-nin dəstəyi ilə sahibkarlar üçün tədbir keçirilib

ABB-nin Sahibkarlar Klubunun dəstəyi, Azərbaycan Korporativ İş Adamları Birliyinin AKİAB Akademiyasının təşkilatçılığı ilə sahibkarlar üçün tədbir keçirilib. Pullman otelində təşkil edilən tədbir "Ənənəvi və müasir idarəetmə sistemləri" mövzusuna həsr olunub.

 

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif biznes qurumlarının təmsilçiləri burada öz təcrübələrini bölüşüblər. İdarəetmə, satış, rəqəmsallaşma, marketinq, françayzinq və s. mövzularda maraqlı təqdimatlar olub. Biznesdə yeni idarəetmə həllərinə diqqət yönəlib. İştirakçılara ABB-nin Sahibkarlar Klubunun fəaliyyəti barədə də geniş məlumat verilib. Tədbirdə EY Azərbaycan şirkətinin təmsilçiləri də iştirak edərək sahibkarlara “EY İlin İş Adamı” müsabiqəsində fəal iştirakı təklif ediblər.

 

ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, sahibkarlar arasında korporativ əlaqələrin qurulması, təcrübə mübadiləsi məqsədilə bu cür faydalı layihələr davam etdiriləcək: “ABB olaraq biz ölkəmizdə biznes ekosisteminin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyirik. Bizneslərə maliyyələşmə istiqamətindən əlavə digər sahələrdə də kömək göstərməyə çalışırıq. Bankımızın Sahibkarlar Klubunun əsas məqsədlərindən biri budur”.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...