"Qarabağ"ın futbolçusunun ailəsində xoş xəbər - FOTOLAR

Dünən "Qarabağ"ın futbolçusu Marko Veşoviçin qız övladı dünyaya gəlib.

 

Sfera.az Qol.az-a istinadən xəbər verir ki, bu, monteneqrolu futbolçunun ikinci övladıdır. Vesoviçin ilk övladı da qızdır.

 

Qeyd edək ki, hazırda Marko Veşoviç "Qarabağ"la birgə Fransanın Nant şəhərindədir. Sabah Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda yerli "Nant"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

 

Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etmək üçün "Qarabağ"a 1 xal da kifayət edir.

 


OXŞAR XƏBƏRLƏR