FHN Yasamalda qəza baş verən ərazidən suyun çəkilməsi işlərinə cəlb olundu - VİDEO + YENİLƏNDİ

FHN Yasamalda qəza baş verən ərazidən suyun çəkilməsi işlərinə cəlb olundu - VİDEO + YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, FHN-in müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.

 

 

 

***

09.35

 

"Məlum olduğu kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb".

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-inn müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.


OXŞAR XƏBƏRLƏR