Sürücülərin DİQQƏTİNƏ - Bu yoldan istifadə etməyin!

Cəmiyyət
10:28 / 26.10.2022
3771
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, Yeni Yasamal massivinin Əziz Əhmədov küçəsindən keçən magistral su xəttinin partlaması ilə əlaqədar olaraq, yolun hərəkət istiqamətinin çökməsi və həmin küçə prospektin digər paralel küçə və prospektlərlə hərəkət istiqamətlərində hərəkət müvəqqəti məhdudlaşdırılıb.
"Vətəndaşlardan, xüsusilə sürüclərdən xahiş edirik ki, yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqəsdilə müvəqqəti hərəkət istiqamətlərini nəzərə alaraq bu ərazidən istifadəni maksimum məhdudlaşdırsınlar", - DYP rəsmisi bildirib.