Ölümü 60-dan çox şəhərdə iğtişaşlara səbəb oldu, ABŞ-da matəm elan edildi - Martin Lüder Kinq nə istəyirdi ?

Ölümü 60-dan çox şəhərdə iğtişaşlara səbəb oldu, ABŞ-da matəm elan edildi - Martin Lüder Kinq nə istəyirdi ?

Dünya tarixinə irqçilik əleyhinə hərəkatın simvolik simalarından biri kimi yazılan, sui-qəsdi 60-dan çox şəhərdə iğtişaşlara səbəb olan Martin Lüter Kinq…


Beş gün sonra ABŞ prezidenti Lindon B. Conson matəm elan etmişdi. Həmin gün onun dəfnində 300.000 dən çox insan iştirakı izdihama səbəb olmuşdu.
 

Sfera.az oxuculara Martin Lüter Kinqin həyatı ilə bağlı təfərrüatları təqdim edir.



Martin Lüter Kinq sui-qəsdi nəticəsində 39 yaşında vəfat etsə də, qısa ömründə dünya tarixində iz qoymuş mühüm bir ada çevrilmişdi. O, irqçilik əleyhinə fəaliyyət göstərmiş, haqsızlığa qarşı zorakı olmayan müqaviməti müdafiə etmişdir.
 

O, 1964-cü ildə ABŞ-da irqi xurafatı devirmək üçün qeyri-zorakı mübarizəsinə görə Nobel mükafatını alan ən gənc insan idi. 1986-cı ildən bəri hər il yanvar ayı ABŞ-da Kinqin doğum günü vətəndaş hüquqlarını müdafiə etmiş liderini və onun ömürlük iz qoymuş ideyalarını yad edirlər.

 

Yanvarın 15-i ABŞ-da Martin Lüder Kinq günü kimi anılır.


MARTIN LÜTER KİNQ KİMDİR?


Martin Lüter Kinq 1929-cu il yanvarın 15-də Corciya ştatının Atlanta şəhərində anadan olub. O, 1968-ci il aprelin 4-də Tennessi ştatının Memfis şəhərində qətlə yetirilib.

1948-ci ildə Morehouse İncəsənət Kolleci sosiologiya fakültəsindən məzun olub. 1951-ci ildə Crozer İlahiyyat Seminariyalarında ilahiyyat lisenziyasını alıb. 1955-ci ildə Boston Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1954-cü ildə Martin Lüter Kinq Alabama ştatının Montqomeri şəhərindəki Dexter Baptist Kilsəsinin keşişi olur. Montqomeri avtobus boykotlarına rəhbərlik edir. Avtobus boykotları ölkədə ayrı-seçkilik səbəbindən baş vermişdi. Miss Roza Parksın ağdərili adama yer verməkdən imtina etməsi nəticəsində yaranan gərginlikdən sonra ölkədə qaradərililərin üsyanı və boykotları başlamışdı. Martin Lüter Kinq etirazını ABŞ administrasiyası avtobuslarda seqreqasiyanı (əhalinin bir qrupunun cəmiyyətdən müəyyən əlamətlərə görə zorla ayrılması siyasəti. Dini və irqi diskriminasiyanın bir forması kimi qəbul edilir) dayandırdıqdan sonra bitirdi.


Lüter insanları irqlərin bərabərliyinə səsləmiş, haqsızlığa qarşı zorakılığı nəzərdə tutmayan müqaviməti müdafiə etmişdir. Alabama ştatının Montqomeri şəhərində ilk etirazları təşkil edən Kinq Corciya ştatının Atlanta şəhərində dinc aksiyaları ilə də tanınmışdır. Kinq daha sonra 1963-cü ilin avqustunda Vaşinqtonda Linkoln Memorialının qarşısında məşhur "Mənim Arzum Var" nitqini söyləyib. Martin Lüter Kinqin təşəbbüsü ilə başlayan sülh tərəfdarı etiraz aksiyaları 1964-cü il Mülki Hüquqlar Aktının qəbul olunmasına gətirib çıxardı. Qanun ABŞ-da irqi ayrı-seçkiliyi qadağan edir.


Kinq 1964-cü ildə insan haqları və qaradərililərin ikinci dərəcəli vətəndaşlar kimi təcrid edilməsi sahəsində fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
 

1986-cı ildən başlayaraq hər il yanvarın üçüncü bazar ertəsi ABŞ-da Kinqin doğum günündə vətəndaş hüquqlarının lideri və onun bütün həyatı boyu müdafiə etdiyi ideayalar yad edilir, haqqında danışılır, Kinqin sülh sevgisi ifadə edilir.
 

O, bütün dünyada zorakılıq və irqi bərabərlik haqqında fikirləri ilə tanınıb və 1964-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. Həmçinin 1977-ci ildə ölümündən 9 il sonra ABŞ-ın keçmiş prezidenti Cimmi Karter tərəfindən Prezident Azadlıq Mükafatına layiq görülüb. Martin Lüter Kinq Günü onun şərəfinə qeyd olunmağa başlayıb. Kinqin ən tanınmış və təsirli çıxışı "Mənim bir arzum var"dır.

Martin Corciya ştatının Atlanta şəhərində Marthin Lüter Kinq və Alberta Uilyams Kinq övladı olub. Doğum qeydlərinə görə adı Maykl olub. Orta məktəbi bitirdikdən sonra Marehouse Kollecində oxuyub. O, burada rektor olan və eyni zamanda vətəndaş hüquqlarının lideri Benjamin Maysın ideyalarından təsirlənir. 1948-ci ildə sosiologiya fakültəsini bitirmişdir. Daha sonra 1951-ci ildə Pensilvaniya ştatının Çester şəhərindəki Crozer İlahiyyat Məktəbini fərqlənmə ilə bitirmişdir. 1955-ci ildə Boston Universitetində Sistematik İlahiyyat üzrə magistr dərəcəsi almışdır.


King 1953-cü ildə Coretta Scott ilə evlənir. Kinq və Skottun 4 övladı var idi: Yolanda Denise, Martin Lüter III, Dexter Scott və Bernice Albertine. Kinqin dörd övladı da atalarının yolu ilə getdi və vətəndaş hüquqlarının müdafiəçisi oldu.Koretta Skott 2006-cı il yanvarın 30-da vəfat edib.
 

VƏTƏNDAŞLARIN HÜQUQLARI FƏALİYYƏTİ
 

Kinq 1953-cü ildə 24 yaşında Alabama ştatının Montqomeri şəhərindəki ən mühüm kilsə olan Dexter Avenue Baptist Kilsəsinin keşişi olmuşdu. 1955-ci il dekabrın 1-də Cim Krou qanuna əsasən ondan yerini ağdəriliyə verməyi istəsələr də Roza Parks adlı qaradərili qadın buna əməl etmədi və həbs edildi. King daha sonra Montgomery Bus Boykotunu təşkil etdi. Boykot 382 gün davam etdi və vəziyyət o qədər gərginləşdi ki, Kinqin evi bombalandı. Bu boykot zamanı Kinq həbs olundu. Boykot ABŞ Ali Məhkəməsi dövlətlərarası avtobuslarda və digər nəqliyyat vasitələrində irqi ayrı-seçkiliyi qadağan edən qanun qəbul edənə qədər davam etdi.
 

Bu boykotdan sonra Kinq 1957-ci ildə qara kilsələri birləşdirmək və vətəndaş hüquqları islahatı üçün dinc nümayişlər keçirmək məqsədi daşıyan Cənubi Xristian Liderlik Konfransının yaradılmasına nail olur. Kinqin ölümünə qədər bu təşkilatda müstəsna rolu olmuşdur. O, Mahatma Qandinin tətbiq etdiyi qeyri-zorakı vətəndaş itaətsizliyi fəlsəfəsini təbliğ edir və bunu nümayişlərdə tətbiq edirdi.


1961-ci ildən başlayaraq FBİ kommunistlərin Vətəndaş Hüquqları hərəkatına sızmasından ehtiyat edərək Kinqi dinləməyə başladı. Ancaq belə bir sübut tapılmadı. FBİ altı il ərzində Kinqi liderlik mövqeyindən əl çəkməyə məcbur etmək istəsə də heç bir faydası olmur.
 

Kinq “Jim Crow qanunları”na qarşı qeyri-zorakı, dinc nümayişlər medianın çox diqqətini çəkəcəkdi. Həqiqətən də jurnalistlər tərəfindən yazılan və televiziyada yayımlanan verilişlər Vətəndaş Haqları Hərəkatında böyük maraq doğurmuş və 1960-cı illərdə Amerikanın ən mühüm gündəm mövzusuna çevrilmişdi.
 

Kinq qaradərililərin seçki hüququ, ayrı-seçkiliyə son qoyulması, işçilərin hüquqları və digər fundamental haqlar üçün nümayişlər təşkil edirdi. Bütün bu nümayişlər 1964-cü il Mülki Hüquqlar Aktı və 1965-ci il Səsvermə Hüquqları Aktı ilə Amerika qanunlarında dəyişiklik edilməsinə səbəb olmuşdu.

VAŞİNQTONA GƏLƏK
 

Kinq bəlkə də ən çox 1963-cü ildə İş və Azadlıq naminə Vaşinqtonda keçirilən yürüş zamanı Linkoln Memorialının qarşısında etdiyi “Mənim Arzum Var” çıxışı ilə məşhurdur.
 

"Bir gün mənim dörd övladımın hamısının dərilərinin rənginə görə deyil, şəxsiyyətlərinə görə mühakimə ediləcəyi bir ölkədə yaşayacağını xəyal edirəm".


Kinq İş və Azadlıq naminə Vaşinqtonda "Böyük Altılıq" adlanan yürüşün təşkilində mühüm rol oynayan vətəndaş hüquqları təşkilatlarının liderləri arasında idi. Onun üçün bu mübahisəli rol olmuşdur. Çünki Kinq Con Kennedinin yürüşün diqqətini dəyişmək istəkləri ilə razılaşan insanlardan biri idi. Kennedi əvvəlcə bu yürüşün mülki hüquqlar haqqında qanunun qüvvəyə minməsinə mənfi təsir edəcəyini düşündüyü üçün qəti şəkildə ona qarşı idi. Lakin yürüşün təşkilatçıları yürüşü davam etdirməkdə qərarlı idilər.


Yürüş əvvəlcə Güneydəki qaradərililərin acınacaqlı vəziyyəti və təşkilatçıların ölkə paytaxtında öz arzu və şikayətlərini açıq şəkildə ifadə etmək imkanı kimi düşünülmüşdü. Yürüş iştirakçıları federal hökumətin cənubda qaradərililərin və mülki hüquq müdafiəçilərinin hüquqlarını və təhlükəsizliyini təmin edə bilməməsini tənqid etməyi düşünürdülər. Lakin qrup ABŞ prezidentinin təzyiq və təsirinə tab gətirə bilmədi və yürüşdə daha yumşaq tondan istifadə edildi.
 

Nəticədə bəzi vətəndaş hüquqları fəalları yürüşü irqi ayrıseçkiliyi qeyri-dəqiq, arzuolunmaz mənzərədə təqdim etdiyini hiss etdi və bu yürüşü “şou” adlandırdı.
 

Bununla belə yürüşdə açıq tələblər irəli sürülmüşdü: dövlət məktəblərində irqi ayrı-seçkiliyə son qoyulması, vətəndaş hüquqları haqqında qanun, iş yerində irqi ayrı-seçkiliyə qadağa, vətəndaş hüquqları müdafiəçilərinin polis zorakılığından qorunması, minimum əmək haqqının saatda 2 dollara qədər artırılması .
 

Gərginlik və qarşıdurmalara baxmayaraq yürüş kifayət qədər uğurla keçmişdi. Yürüşdə müxtəlif etnik qruplardan 250 min insan iştirak edib. Bu hadisə o vaxta qədər Vaşinqton tarixinin ən böyük nümayişi olub. Kinqin “Mənim bir xəyalım var” çıxışı izdihamı daha da coşdurmuşdu. Bu çıxış Amerika tarixində ən yaxşı çıxışlardan biri hesab olunur.


Kinq həm də yazırdı. 1963-cü ildə yazılmış "Birmingem həbsxanasından məktub" onun ədalət axtarışının ehtiraslı təzahürü idi. O, 1964-cü ildə ABŞ-da irqi xurafatı devirmək üçün qeyri-zorakı müqavimətinə görə Nobel mükafatını alan ən gənc fəal idi.

"QANLI BAZAR"
 

King və rəhbərlik etdiyi təşkilatın qismən iştirakı ilə 25 mart 1965-ci ildə Selma şəhərindən Montqomeri əyalətinin paytaxtına yürüş təşkil etməyə cəhd etdi. Martın 7-də keçirilən ilk məhkəmə prosesi müxalif kütlə və polis qarşıdurması səbəbindən ləğv edilir. Həmin gün tarixdə “Qanlı bazar günü” adlanır. “Qanlı bazar günü” Vətəndaş Hüquqları Hərəkatına ictimai dəstəyin qurulmasında dönüş nöqtəsi oldu. Lakin King yürüşdə şəxsən iştirak etməyib. Prezident Lindon B. Conson ilə görüşdükdən sonra Kinq yürüşün 8 mart tarixinə təxirə salınmasını xahiş edib. Lakin yürüş Kinqin iradəsinə zidd olaraq yerli mülki hüquq müdafiəçiləri tərəfindən davam etdirildi. Polisin nümayişçilərə qarşı zorakılıq nümayiş etdirməsi geniş şəkildə yayımlanır və görüntülər ictimaiyyətdə böyük hiddət doğurur.


İkinci cəhd martın 9-da edilir. Bu məhkəmə prosesində Kinq Selma şəhərinin kənarındakı Edmund Petrus körpüsündə nümayişçiləri dayandırır. Kinq daha əvvəl bu hərəkəti nüfuzlu şəxslərlə müzakirə etmişdi. Kinqin bu gözlənilməz hərəkəti yerli hərəkat arasında narazılığa səbəb olur. Yürüş davam edir və məhz martın 25-də başa çatır.

SUİ-QƏSD

1968-ci ilin martında Kinq qaradərili tibb işçilərini dəstəkləmək üçün Memfisə gedir. Qaradərili tibb işçilərini təmsil edən “AFSCME Local 1733” maaşların artırılması və yüksək tibbi xidmət tələbi ilə martın 12-dən tətil edirdi. Ağdərili işçilərdən fərqli olaraq qaradərililər pis hava şəraitinə görə evə göndərilərkən maaş hesablanmırdı və ağdərili işçilərdən daha az maaş alırdılar.
 

Kinq aprelin 4-də axşam saat 6-da Memfisdəki Lorraine Motelinin eyvanında güllələnib. Motel otağında olan dostları atəş səslərini eşidəndə eyvana qaçır və Kinqin boğazından güllə yarası aldığını görürlər.
 

Sui-qəsd 60-dan çox şəhərdə iğtişaşlara səbəb olub. Beş gün sonra ABŞ prezidenti Lindon B. Conson matəm elan edib. Həmin gün onun dəfnində 300.000 insan iştirak edib, izdiham yaşanıb. Vitse-prezident Hubert Humphrey prezidenti təmsil edərək dəfn mərasimində iştirak edib.
 

Kinqin qətlindən iki ay sonra qaçaq məhkum Ceyms Erl Rey İngiltərənin Hitrou hava limanında saxta pasportla İngiltərəni tərk etməyə çalışarkən tutulur. Tezliklə Rey ABŞ-a ekstradisiya edilir. Rey Kinqin qətlində ittiham olunur və 10 mart 1969-cu ildə sui-qəsdi etiraf edir. O, 99 il həbs cəzasına məhkum edilir.
 

Vəkili Parsi Formanın təklifi ilə Rey günahını etiraf edərək məhkəmənin ölüm hökmü riskindən qaçmaq istəyirdi. Lakin bu, onun 99 il həbs cəzasına məhkum edilməsinə mane olmadı.
 

Bioqraf Taylor Branç qeydlərinə görə, Kinqin cənazəsi yarılarkən öldüyü zaman 39 yaşı olmasına baxmayaraq, onda 60 yaşlı insanın ürəyinin olduğu qənaətinə gəlinib. Buna səbəb onun 13 il vətəndaş hüquqları müdafiəçisi olduğu müddətdə yaşadığı gərgin həyat olub.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...