Səhər yeməyi hazır olmadığına görə arvadını öldürüb - Bərdədəki qətlin təfərrüatı

Səhər yeməyi hazır olmadığına görə arvadını öldürüb - Bərdədəki qətlin təfərrüatı

Bərdədə 1995-ci il təvəllüdlü arvadı Xasa Orucovanı yaşadığı evdə qətlə yetirən 1996-cı il təvəllüdlü Təbriz Orucovun məhkəmə prosesi başa çatıb.

 

Sfera.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, T.Orucov 12 müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Hacallı kəndində baş verən hadisə bu ilin mayın 25-də qeydə alınıb.

 

Məhkəmə iclasında ifadə verən Təbriz Orucov bildirib ki, Xasa Orucova ilə 2016-cı ildə ailə həyatı qurub. Onların bu evlilikdən iki övladı dünyaya gəlib.

 

Onun sözlərinə görə, hadisənin baş verdiyi gün arvadı ilə arasında yaranan mübahisə səhər yeməyi üstündə olub. Belə ki, Təbriz çöldən evə gələrkən arvadının hələ də səhər yeməyini hazırlamadığını görüb. Bu zaman o, əsəbiləşərək həyat yoldaşının ata və anasını söyüb. Nəticədə mübahisə qızışıb. Təbrizin sözlərinə görə, mübahisə zamanı Xasa onun vəfat edən anasını söyüb. Nəticədə o özündən çıxıb və tüfəngi götürərək arvadına atəş açıb.

 

Atəş səsinə övladları otağa daxil olub. O, böyük oğluna atasının anasını öldürdüyünü heç kimə deməməsini tapşırıb və heç nə olmamış kimi, heyvanlara ot verməyə gedib. Bu zaman Təbrizin böyük oğlu qonşuluqda yaşayan qadına xəbər verib. Həmin qadın isə Təbrizi səsləyərək Xasanın özünü tüfənglə vurduğunu bildirib.

 

Təbriz yenidən otağa daxil olarkən arvadının xırıldadığını görüb. Xasa qonşunun avtomobili ilə Bərdə Rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib. Təbriz isə tutularaq istintaqa təhvil verilib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...