Psixologiya tarixindəki ən məyusedici hadisələrindən biri - Aveyronun vəhşi uşağı

Psixologiya tarixindəki ən məyusedici hadisələrindən biri - Aveyronun vəhşi uşağı

Bu yazıda sizə psixologiya tarixində silinməz iz qoymuş balaca oğlan haqqında yazı təqdim edirik.
 

Tarix 1797-ci il. Fransada meşəlik ərazi.

 

Lacaune adlı bir kəndin yaxınlığında çılpaq, toz basmış kiçik bir uşaq var. Heç kimlə heç bir şəkildə danışmayan, çılğın hərəkətlər sərgiləyən oğlan kəndlilərin diqqətini çəkir.

 

Əlinə düşən ilk fürsətdə kənddən qaçan uşaq bir il sonra eyni ərazidə yenidən üç nəfər tərəfindən aşkar edilir.
 

Bu dəfə evə aparılan uşağa bir həftə baxılır, yemək verilir, yaxşı yuyulur, geyindirilir. Amma vəhşi oğlan ilk fürsətdə yenə qaçır.
Oğlan qaçandan sonra bu dəfə öz iradəsi ilə vaxtaşırı yenidən peyda olur.
 

Xüsusilə ac olanda kəndlilərin evinə gələn oğlan daha sonra yenidən meşənin dərinliyinə dalır.
İki il sonra - 1800-cü ildə şaxtalı bir qış günündə oğlan yenidən kəndlilər tərəfindən tutulur.

 

Bundan sonra uşaq bir daha təbiətə buraxılmır və uşağa yerli kəndlilər baxır. Heç danışmayan, hər iki əli və ayağı ilə yeriyən, anlaşılmaz qəribə səslər çıxaran oğlanın xəbərini alan Napoleonun qardaşı Lüsyen Bonapart oğlanın ekspertlər tərəfindən müayinə olunmasını istəyir.
Uşağı müayinə edən mütəxəssislər onun yetkinlik yaşına yenicə daxil olduğu qənaətinə gəlirlər.
 

12 yaşında olduğu güman edilən oğlanın adını Viktor qoyurlar. Dövrün məşhur həkim və təlimçilərindən olan Jean-Marc-Gaspard Itard tərəfindən öyrədilməyə başlanan uşağın inkişafı böyük maraqla izlənilir və hər gün yüzlərlə ziyarətçi uşağı görmək üçün onun evinə axışır.
 

Əvvəlcə uşaq özünü tamamilə qeyri-insani aparır və heyvani davranışlar nümayiş etdirir.
 

 

İsti-soyuq fərqini belə qavraya bilmir, dəfələrlə kartofa çatmaq üçün əlini qaynar suya batırır, ağrı hiss etmir, təbiətdə olmayan səslərə və ətraf mühitin temperaturu kimi anlayışlara reaksiya vermir. Yatıb-durub yeməkdən başqa heç bir şeylə maraqlanmayan, daim ətrafına reaksiyasız, heç nəyə fikir verməyən, diqqətini toplaya bilməyən uşağın təhsili israrla davam etdirilir.

 

Uşaq üzərində aparılan araşdırmaların birində eşitmə reflektorunun təbiətlə tam uyğunlaşdığı görülür.
 

Yerə düşən müxtəlif meyvələrin səsinə və bəzi heyvanların səsinə dərhal reaksiya verən uşağın çox yaxından partlayan atəş səsinə maraq göstərmədiyi müşahidə edilir.

 

Təlimin başlanmasından aylar sonra Viktor isti və soyuğu ayırmağa başlayır.

Viktorun bu fərqi ayırd etdiyi zaman onun inkişafında bir partlayış olduğu bildirilir. Hamamda duş qəbul edərkən ilk olaraq suyun istiliyinə diqqət yetirməyə başlayan uşaq, islanmamaq üçün axşam saatlarında vanna qəbul etməkdən çəkinir, daha da isinmək üçün paltar geyinir, ondan həzz və dinclik əldə etmək qucaqlaşma kimi bir sıra davranışlar formalaşır. Bütün bunların ardınca onun ilk dəfə ağlaması da yaranır.

 

Viktorun oxumaq, yazmaq və danışmağın öyrədilməsi üçün də səylər göstərilir.
 

İlk növbədə onun insan səslərini bir-birindən çətinliklə ayırdığı müəyyən edilir. 5 illik məşqdən sonra o, çox az yazılı sözləri ayırd edə bilir, eşidəndə isə ancaq bir neçə sözü başa düşə bilir. Bəzi söz kartlarından istifadə etməyə başlanılır ama uşaq heç vaxt danışa bilmir. Demək olar ki, heç bir səs çıxara bilmədiyi üçün hər kəsə, hər hadisəyə istifadə edə biləcəyi üç-beş kəlməni mənasını anlamadan deyir.

 

Bilirik ki, hətta bəzi heyvanlar da yazılı sözləri və rəqəmləri ayırd edə bilirlər.
 

 

Hətta işarə dili ilə danışa bilən qorilla Kokonu tanıyırsıq. Üstəlik, sözlərə reaksiya vermə pişik və itlərdə də mövcuddur. Ona görə də Viktorun bu inkişafı, mütəxəssisləri məyus etsə də diqqətlərini də çəkir.
 

Bütün bunlarla yanaşı uşaq insanlarla daha çox ünsiyyət qurmağa başlayır.
 

Əvvəlcə bir küncdə oturan, yalnız ac və yorğun olanda insanlarla ünsiyyət quran oğlan sonralar həkimi İtar və baxıcısı Qerinlə vaxt keçirməyi xoşlayırmış. Əslində bu hətta heyvanlara da aiddir. Küçədə gördüyünüz it əvvəlcə yanınızda qalmasa da, onu hər gün yedirtməyə və sevməyə davam etsəniz, zaman keçdikcə sizə bağlanacaq və ac olmasa da sizi tərk etməyəcək.

 

Ən maraqlı dəyişiklik empatiyaya başlamaqla müşahidə edilir.
 

Baxıcısının əri Guerinin öldüyü zaman baş verən hadisə bunu müəyyən etməyə imkan verir. Hər şam yeməyində stolun üstünə eyni sayda boşqab qoyan oğlan, həmin axşam Guerin boşqab qoyarkən ucadan ağlamağa başlayandan sonra dərhal boşqabı masadan götürür və bir daha qoymur. Onun ağlama hərəkətində nəyinsə səhv olduğunu hiss etməsi və davranışını dəyişməsi psixoloqları onun empatiyaya malik olduğunu düşünməyə vadar edir.

 

Ümumilikdə 6 illik təlimdən sonra Doctor Itard artıq bacarmır və təlimi bitirir.


40 yaşına qədər səssiz, sakit yaşayan və 1828-ci ildə dünyasını dəyişən Viktorun hekayəsi beləcə tamamlanır. Bu maraqlı oğlanın psixologiya dünyasına ötürdüyü mesaj - zehni qüsurlu uşaqları da öyrətməyin mümkün olacağına işarə idi. İnsan çox şey öyrənməsə belə ümidsiz bir vəziyyətdə də azacıq bir şey öyrənə bilir. Beləliklə, Viktor özü də istəmədən bütün əqli qüsurlu uşaqların təhsil imkanlarını artırmağa səbəb olur.
Uşağın hansı yaşda təbiətə buraxılması və necə sağ qalması isə müəmmalı qalır.

Fərziyələrə görə 4 yaşında ailəsi meşəyə atılan Viktorun tərk edilməzdən əvvəl əqli qüsurlu və ya kar olduğu iddia edilir.

Viktorun təcrübələrindən çıxarılan başqa bir nəticə isə dil öyrənmənin “kritik dövr” mərhələsini tapmanın mümkünlüyüdür. Yəni, müəyyən yaşdan sonra heç vaxt dil anlayışı olmayan insana bir daha ömür boyu dil öyrədə bilməzsən.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...