"Toyumda taxılan üzüyün ertəsi gün qaşları töküldü"

Maqazin
20:13 / 25.10.2022
10348
Rəqqasə Fatimə Fətəliyeva “Elgizlə izlə” verilişində qonaq olub.
Sfera.az xəbər verir ki, sənətçi proqramda ona öz toyunda verilən saxta üzükdən danışıb:
“Mənə o vaxtı toyumda üzük gətirib taxmışdılar. Bir gün sonra qaşları tökülməyə başladı. Zirkon qaşlar idi".
Fatimə aparıcı Elgiz Əkbərin “Amma həyat yoldaşını sevirdin" sualına isə "Bəli, sevirdim. Sadəcə olaraq ac qarnına sevgi olmur. Bunu yadınızda saxlayın" cavabını verib.