Səudiyyə şahzadəsi Salman Baydeni ələ saldı

Səudiyyə şahzadəsi Salman Baydeni ələ saldı

Səudiyyə Ərəbistanı hökumət rəsmilərinin sözlərinə görə şahzadə Salman Baydeni dəstəkləmədiyini, keçmiş prezident Trampa üstünlük verdiyini bildirib.



Sfera.az xarici mətbuata istinadən bildirir ki, şahzadə Selman 79 yaşlı Baydenin kobud səhvlərinə və psixi sağlamlığına ironiya edib.


Bütün bu iddialar isə Şahzadə Feysal tərəfindən rədd edilib.
 

79 yaşlı ABŞ prezidenti Co Bayden qocalıqla əlaqədar yaddaş problemləri və kobud səhvləri ilə tez-tez gündəmdədir.

 


ABŞ mətbuatının iddiasına görə Səudiyyə Ərəbistanı vəliəhd şahzadə Məhəmməd bin Salman və ABŞ prezidenti Co Bayden arasında bağlı qapılar arxasında görüş keçirilib. Şahzadə ABŞ prezidentinin səhvlərinə və psixi durumuna istehza edib.


Bəzi mənbələr də şahzadənin keçmiş prezident Donald Trampa üstünlük verdiyini bildirib.


Sözügedən iddia şahzadə Faysal tərəfindən rədd edilib. Faysal açıqlamasında:

"Anonim mənbələr tərəfindən irəli sürülən bu iddialar tamamilə əsassızdır. Krallıq liderləri qarşılıqlı hörmətə əsaslanan münasibətlərin əhəmiyyətinə inandıqları üçün ABŞ prezidentlərinə hər zaman ən böyük hörməti göstəriblər"-deyə bildirib.
 

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrindən ibarət OPEC+ in gələn aydan etibarən neft hasilatını azaltmaq qərarına gəlməsindən sonra Səudiyyə Ərəbistanı ilə ABŞ arasında gərginlik artıb.
 

Ötən həftələrdə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanı ilə münasibətləri yenidən nəzərdən keçirəcəyini və Baydenin bu məsələdə sistematik hərəkət edəcəyini bildirmişdi.


Aynil

 


OXŞAR XƏBƏRLƏR