Rişi Sunak hansı siyasəti yürüdəcək? – ŞƏRH

Rişi Sunak hansı siyasəti yürüdəcək? – ŞƏRH

Putin Qərbdəki siyasətçilərin seçkilərdə və ya partiyadaxili rəqabətdə uduzmasını onların zəifliyi kimi qiymətləndirir. İndi də Rusiya rəhbərliyinin Boris Consondan sonra Lizz Trassın istefasını ruh yüksəkliyi ilə qarşıladıqları, bunu "Qərbdəki ümumi çöküş"lə izah etməyə çalışdıqları müşahidə edilir.

 

Maraqlıdır, Rişi Sunak həqiqətən də Putinin arzuladığı kimi Böyük Britaniyanı çöküşə aparacaqmı?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli deyib ki,  keçmiş koloniyadan çıxmış ailənin övladının hər hansı diskriminasiya ilə qarşılaşmadan karyera pillələrini sürətlə qalxması, 42 yaşında hökumətin başına keçməsi müasir parlament demokratiyasının vətəni olan Böyük Britaniya üçün növbəti nailiyyətdir:

 

“Rişi Sunakın baş nazirliyi dövründə şübhəsiz ki, Britaniya kimi köklü dövlətin xarici siyasəti və müdafiə siyasəti dəyişməyəcək. Ötən ilin martında qəbul olunan "Qlobal Britaniya" srategiyası Avropa Birliyindən ayrıldıqdan sonra dövlətin dünyadakı yerini yenidən müəyyən edir və bu istiqamətdə ana xətləri müəyyənləşdirir. Əlbəttə ki, hökumətlərin və baş nazirlərin bir-birindən fərqlənən siyasəti, yanaşmaları olur və olacaq. Amma taktiki səviyyədəki bu fərqliliklər ümumi strategiyanı pozmur. Bundan sonrakı mərhələdə Böyük Britaniyanın xarici və müdafiə siyasətində anqlo-sakson dünyasının lideri ABŞ-la daha çox sinxronluq, NATO ittifaqına daha çox bağlılıq, silahlanma, nüvə arsenalını böyütmə, dənizlərdə öz nüfuzunu genişləndirmə və Rusiyanı Qara-Aralıq dənizi hövzəsindən sıxışdırma - bu çərçivədə Ukraynaya daha çox dəstək müşahidə edəcəyik”.

 

Ekspert qeyd edib ki, həm Britaniyanın, həm də ABŞ-ın strategiya sənədlərində qırmızı xətlə keçən və dəfələrlə təkrarlanan əsas məqam isə texnoloji-innovasion liderliyin əldən verilməməsi məsələsidir:

 

“Məqsəd Çinin bu sahədə yüksəlişinin əngəllənməsi və Hind-Sakit okean regionunda bu dövlətə qarşı daha təsirli siyasətin aparılmasıdır. Bu siyasət bir müddətdir başlayıb və xüsusən Bayden administrasiyasının bu istiqamətdə aqressiv addımları, son olaraq yarımkeçiricilər sahəsində Çinə tətbiq olunan ağır məhdudiyyətlər önəmli inkişafdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qr...

Prezident Ağdamın Kəngərli kəndinin açılışında iştirak edib - FOTO - YENİLƏNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

Temperatur 4-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.   Sfera.az xəbər v...

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...