İran TƏKZİB EDİR: “Rusiyaya silahları müharibədən əvvəl satmışıq” 

İran TƏKZİB EDİR: “Rusiyaya silahları müharibədən əvvəl satmışıq” 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyanın savaşda istifadə etdiyi silahlarla bağlı yayılan məlumatlara reaksiya verib.

 

Sfera.az bildirir ki, nazir paytaxt Tehranda keçirilən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) iclasında çıxış edib.

 

Abdullahian İranın Ukrayna müharibəsində istifadə etməsi üçün Rusiyaya silah göndərmədiyini bildirərək, bu istiqamətdəki iddiaları bir daha təkzib edib:

 

“Ukrayna müharibəsindən əvvəl Rusiyaya silah göndərmişdik. Müharibənin başlaması ilə biz Rusiyaya silah göndərməyi dayandırdıq. İran da prinsipcə Ukrayna müharibəsinin əleyhinədir. Bir daha deyirəm ki, Rusiyaya silahlı pilotsuz uçuş aparatları (SPUA) və ya raket göndərməmişik və göndərməyəcəyik. Biz bu məsələyə aydınlıq gətirmək üçün Ukrayna ilə işləməyə hazırıq”.

 

Sözügedən iddiaların araşdırılmasını da istəyən Abdullahian “İran və Ukraynadan olan ekspert qrupu ilə birgə iclas keçirməyə və Ukraynanın əlində olan bütün sübutları təqdim etməsinə hazırıq. Bu görüşdə Rusiyanın İran SPUA-larından istifadə etdiyi aydınlaşsa, biz buna biganə qalmayacağıq”.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...