“Putini Putin edən adam” Rusiyanın başına gətirilir - Sergey Kiriyenko kimdir?

“Putini Putin edən adam” Rusiyanın başına gətirilir - Sergey Kiriyenko kimdir?

Ukrayna müharibəsi başlayandan bəri Rusiya prezidenti Putindən sonra ölkəyə kimin rəhbərlik edəcəyi ilə bağlı saysız-hesabsız iddialar səslənib.

 

Sfera.az bildirir ki, Ukrayna Hərbi Kəşfiyyatının rəisi Kirilo Budanovun sözlərinə görə, Rusiya lideri artıq öz varisini seçib. Bu barədə “Telegraph” qəzetində də yazı dərc edilib.

 

Məlumata görə, Putin özündən sonra Sergey Kiriyenkonu xələf kimi müəyyələşdirib. 60 yaşlı Kiriyenko isə  Qərb mediasında “Putinin sirdaşı” kimi qələmə verilib. “Putinin varislik planları haqqında heç kim bilmir, lakin Rusiya lideri Kiriyenkoya tamamilə güvənir”, – deyə qəzetin yazısında qeyd olunub.

 

Bəs Putinin varisi kimi seçdiyi iddia edilən Sergey Kiriyenko kimdir?

 

2016-cı il oktyabrın 5-də Prezident Aparatının birinci vitse-prezidenti təyin edilən Sergey Kiriyenko yeni dövrün ən görkəmli siyasətçilərindən sayılır. Putinin bir müddət əvvəl ilhaq etdiyi 4 regionda (Donetsk, Luqansk, Zaporoje və Xerson) keçirilən referendumlara şəxsən cavabdeh olan Kiriyenko Rusiyanın genişlənməsində böyük rol oynayıb və Putinin yanındakı mövqelərini möhkəmləndirib.

 

Kiriyenkonun siyasi karyerası həm də uğursuzlyqlardan keçib. 1998-ci ildə 35 yaşında Rusiyanın o zamankı prezidenti Boris Yeltsin tərəfindən baş nazir təyin edilən Kiriyenko “Rusiyanın ən gənc baş naziri” kimi tarixə düşüb, lakin uzun müddət bu kresloda otura bilməyib. Siyasətdə bir ildən az təcrübəsi olan, gözlənilmədən baş nazir seçilən Kiriyenkoya Rusiyada “Kinder Süpriz” adı verilib. O, ölkənin həmin dövrdə yaşadığı maliyyə böhranı səbəbindən istefa verməyə məcbur olub və cəmi 4 ay vəzifəsində qalıb.

 

Qısa müddət ərzində yüksək vəzifədə işləməsinə baxmayaraq, Kiriyenko həyatını dəyişdirəcək bir addım ataraq, indiki prezident Putini Rusiya kəşfiyyat agentliyi olan “FSB”nin rəhbəri təyin edib. Putin iki il sonra prezident olanda onun bu yaxşılığının qarşılığını verib və Kiriyenkonu Rusiyanın ən mühüm regionlarından biri olan Volqaboyu ərazilərdəki səlahiyyətli nümayəndəsi təyin edib.  5 ildən sonra isə Rosatom Dövlət Nüvə Enerjisi Şirkətinin rəhbəri vəzifəsinə gətirilib. O vaxtdan bəri ikilinin yolları heç ayrılmayıb. Bu səbəbdən Kiriyenko “Putini Putin edən adam” kimi də tanınır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...