Cavanşir Məmmədovdan ŞOK AÇIQLAMA: “Şəxsən mən olsaydım, Aygünün ...” - FOTO

Cavanşir Məmmədovdan ŞOK AÇIQLAMA: “Şəxsən mən olsaydım, Aygünün ...” - FOTO

“Toylar da yoxdur, nə ilə dolanım?”

 

“Elə adama fəxri ad veriblər ki... Məsələn, Aygün Kazımovaya. Deyir ki Prezidentin verdiyi evi qarderob etmişəm. Aygün Kazımova, bu cür hərəkət etmək olar? Deməkdən ki, Prezidentin verdiyi evi tarixi muzey edirəm, nəyi də satsam da o evi satmaram, deyir, qarderob etmişəm. Şəxsən mən olsaydım, Aygünün evini əlindən alıb ya şəhid ailəsinə, ya da qaziyə verərdim, deyərdim ki, sənə düşmür o ev. Eləcə də fəxri adı da ondan alardım”.


Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov Musavat.com-a açıqlamasında deyib. Əməkdar artist uzun illərdir ki, Xalq artisti fəxri adını ala bilməməsindən şikayətlənib:
 

“Firuzə İbadova və mən 50 ildir ki, səhnədəyik, lakin nə fəxri ad, nə ev, nə də təqaüd ala bilirik. Mənim indi 70 yaşım var, bəs nə vaxt fəxri ad verəcəklər? Axı mən də xidmət etmişəm. Bəyəm toya getmək xidmət etmək demək deyil? Toya özün getmirsən ki, səni dəvət edirlər. Yaxşı sənətçi olmasan, səni kim toya dəvət edər? Elə adam da var ki, 2-3 dəfə ev alıb. Bəs onda Firuzə İbadovaya, Cavanşir Məmmədova niyə ev verilməməlidir? 17 il adam Əməkdar artist kimi qala bilər?”
 

Cavanşir Məmmədova dolanışığından da gileylənib:
 

“Əməkdar artist kimi ayda 100 manat pul alıram. Üstəlik toylar da yoxdur. Bəs mən nə ilə dolanım?”

 


OXŞAR XƏBƏRLƏR

Pakistan-Hindistan gərginliyinin tarixi - İndi kim qazanacaq?

Hindistan və Pakistan arasında bu günə qədər dörd əsas hərbi münaqişə baş verib. Bu qarşıdurmaların əksəriyyəti Kəşmir bölgəsi üzərindəki mübahisələrlə əlaqəlid...

Banklar qızıl alışını artırıb - RƏQƏMLƏR

Mərkəzi banklar üçün qızılın cəlbediciliyi hələ də yüksək olaraq qalmaqdadır.    Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliy...

Baş nazir sərəncam imzaladı

“2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasın...

Elşad Miridən deputata cavab: "Belə deməz..."

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə ...

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...