"Atasız qızın evinə polis göndərsəydim..." - Bakıda qətlə yetirilən şagirdin oxuduğu məktəbin direktoru

Ötən həftə Abşeron rayonu Hökməli qəsəbəsində 16 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik. Daha sonra aydın oldu ki, yeniyetmə 14 yaşında olarkən, yəni 6-cı sinifdə oxuduğu Hökməli qəsəbə tam orta məktəbindən ailəsinin təkidiylə uzaqlaşdırılıb.

 

Sfera.az xəbər verir ki, sözügedən məktəbin direktoru İsmayıl Bəndəliyev BAKU.WS-ə bununla bağlı danışıb.

 

O, bildirdi ki, yeniyetmənin məktəbdən çıxarılmasından xəbərdar olub.

 

"Bura Hökməlidir. Mən 20 ildir Hökməli qəsəbə tam orta məktəbində direktor işləyirəm. Əvvəllər də məktəbli qızları 5-ci sinifdən sonra təhsildən uzaqlaşdırırdılar".

 

Direktorun sözlərinə görə, öldürülən azyaşlının məktəbdən çıxarılması ilə bağlı məsələni 3 dəfə aktlaşdırıb:

 

"Hamı bilir ki, burda qızları məktəbdən çıxarırlar. Mən əgər həmin ailəni polisə versəydim, atasız qızın evinə polis göndərdiyim üçün məni topa tutardılar. Nənəsi müraciət edərək qızı məktəbdən uzaqlaşdırmaq istədiyini bildirmişdi. Mən nə edə bilərdim?"

 

İ.Bəndəliyev məktəblinin dərsə gəldiyi müddətdə davamiyyətlə bağlı ciddi problem yaşamadığını, dərslərini isə kafi oxuduğunu vurğuladı.


OXŞAR XƏBƏRLƏR

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...