“İran əfqanlara təlim keçib Ukraynadakı döyüşlərə göndərir, Rusiya isə..." - ŞOK İDDİA

Dünya
12:18 / 25.10.2022
8557
İran Məşhəd şəhərində yerləşən hərbi düşərgədə əfqanlara təlim keçir.
Sfera.az-ın Afghanistan International-a istinadən məlumatına görə, anonim “Taliban” rəsmisi iddia edir ki, təlimi bitirmiş əfqanlar Rusiya ordusunun tərkibində Ukraynaya qarşı hərbi əməliyyatlara cəlb olunurlar.
Mənbənin digər iddiasına görə, Ukraynaya qarşı döyüşəcək əfqanlara Rusiya Federasiyası vətəndaşlığı və maddi kömək sözü verilib.
“Taliban” rəsmisi hadisə ilə bağlı öz narahatlığını da ifadə edib. Belə ki, İran İslam Respublikasının Ukrayna münaqişəsindən keçmiş əfqanlardan öz maraqları üçün istifadə edə biləcəyi də istisna edilmir.(oxu.az)