Qaraciyərimizi məhvə aparan qidaların SİYAHISI – Nələr olmaz?

Qaraciyərimizi məhvə aparan qidaların SİYAHISI – Nələr olmaz?

Qaraciyər qanı zərərli maddələrdən təmizləyən, bədənimiz üçün bəlkə də ən vacib orqandır. Məhz bu orqanın sağlamlığı isə birbaşa yediyimiz qidalarla bağlıdır.

 

Sfera.az qaraciyər üçün zərərli olan qidaların siyahısını təqdim edir.

 

Qaraciyər həzm sistemində açar rolunu oynayır. Daxili orqanlar içərisində ən böyüyüdür. Mədə-bağırsaq traktına hər bir qida emal edilmək üçün ilkin mərhələdə qaraciyərə yolanır. Çeşidlənmə məhz burada baş verir. Qaraciyər qanın zənginləşməsinə xidmət edir. Öd suyunu sintezləyir. Bütün tip maddələr mübadiləsində iştirak edir və orqanizmi zərəli madələrdən tənzimləyir. Orqanın sağlamlığını qorumaq üçün balanslı qidalanma vacibdir.

 

Bəs qaraciyərə zərər verən qidalar hansılardır?

 

1. Turşular – Duzda və duzla zəngin qidalarda natirum miqdarı yüksəkdir. Məsələn 100 qr. duzda 3 qr. natrium var. Yetkin bir insanın gündəlik natrium norması isə 2 qr-dır. Artıq miqdardakı natriumun bədəndən atılmaması qaraciyərin işinə mane olur, orqanizmin su balansını dəyişir.

 

BİRBİRİNDEN FARLI TURŞU ÇEŞİTLERİ

 

2. Qızardılmış yeməklər – Yağda qızardılmış yeməklər sağlamlığa mənfi təsir göstərir. Bundan ən çox qaraciyər zərər çəkir. Kartof qızartması, burgerlər və digər yağda qızardılmış qidalar qaraciyərə yük sayılır. Həmçinin yağ turşular ilə həddindən artıq zəngin olan bu qidalar mədə-bağırsaq traktının fəaliyyətində qüsurlar yaradır.

 

Qızartma yeməklər zərərlidirmi?.. – AgroExpert-Kənd Təsərrüfatı Portalı

 

3. Acı ədviyyatlar – Bu dadlandırıcıların tərkibi toksikdir. Qəbuledilən acı ədviyyatların emal edilməsi həddindən ziyadə öd suyu tələb edir. Qaraciyərin isə durmadan öd suyu ifraz etməyə məcbur edilməsi isə öd kisəsindəki daşlar ilə və ya orqanın özünün yağlanması ilə nəticələnir.

 

Ədviyyatlar və onların faydalı xüsusiyyətləri

 

4. Qırmızı ət – Qaraciyərin qayğısına qalmaq üçün bacardıqca az miqdarda qırmızı ət yeyin. Tərkibindəki doymuş yağlar ilə öd kisəsinə zərər verən qırmızı ətin növbəti sıradan çıxartdığı orqan qaraciyər olur. Bundan əlavə bilmək lazımdır ki, zülal heç də hər zaman orqanizm üçün faydalı olmur. Qədərindən artıq qəbuledilən zülal bütün orqanizmi yükləyir. Ən sağlam qaraciyər belə artıq zülalları emal etməkdə çətinlik çəkir. Beləcə qədərində faydalı olan zülal zərərli maddəyə çevrilir. Mütəxəssislər qırmızı ət əvəzinə ağ ət yeməyi məsləhət görür. Quş və balıq əti ən sağlam seçimdir.

 

Hansı daha faydalıdır - qoyun yoxsa mal əti?

 

5. Şirin qazlı içkilər – Bu cür içkilərin əksəriyyəti rəfinə edilmiş şəkər və karbohidratlar ilə zəngindir. Bu da o deməkdir ki, qazlı, şirin içkilər təkcə qaraciyərə deyil, bütün daxili orqanlara mənfi təsir göstərir. Həmçinin bu içkilərin tərkibinə qarğıdalı sirobu da qatılır. Sözügedən sirobun çəkini artırdığı və qaraciyəri sıradan çıxardığı barədə dietoloqlar illərdir ki, həyəcan siqnalı çatır. Nadir hallarda şirin, qazlı içkilər qaraciyərin yağlanmasına səbəb olmur. Bu da dietik sayılan soyuq içkilərdir.

 

Şirin, qazlı içkilər: içmək yoxsa içməmək? | IDOL.AZ

 

6. Yağlı yeməklər – Hər öyündə yağlı yemək daxili orqanizmi zədələyir. Xüsusilə bağırsaqlar və qaraçiyər yağ qarşısında aciz qalır. Yağlı yeməklər qaraciyər toxumalarını zəiflədir. Bu da onların soyuqdəyməyə asanlıqla məruz qalmasına səbəb olur. Yağlı yeməklər qaraciyərdə siroz və ankoloji xəstəliklər yaradır. Bu cür qidalar qanda xolestrol səviyyəsini yüksəldir. Bu da ürək-damar sistemində problemlərin yaranmasına stimul verir.

 

Medicina.az - Yağlı yeməklər zərərlidir - Beyini “iflic edir”

 

7. Şirniyyatlar -  Konfet, dondurma, tort və s. Bütün bunlar karbohidrat mənbəyidir. Əksəriyyətinin tərkibində rəfinə edilmiş şəkər, qarğıdalı sirobu, dadlandırıcılar, rəngləndiricilər və külli miqdarda qida əlavəsi var. Siz bütün bunların qaraciyərə verdiyi zərərləri düşünsəniz yaxşı olar. Karbohidratlar orqanizmi o qədər yükləyir ki, insan ac olub olmadığının heç fərqinə varmır. Başqa sözlə, insan aclıq hiss etsə də heçnə yemək istəmir. Bu isə orqanizmin lazımınca qidalanmamasına səbəb olur.  Üstəlik elə belə şey sayılan şirniyyatlar zamanla artıq çəkiyə və qaraciyərin yağlanmasına gətirib çıxarır. Ona görə də çalışın ki, şirniyyatları, hətta dondurmanı belə evdə təbii üsullar ilə hazırlayasınız.

Novruz Bayramının Ən Ləzzətli Şirniyyatları Resepti | Evdar.az

 

8. Alkaqollu içkilər – Qaraciyər spirtlə mübarizədə orqanizmə kömək edir. Əgər insan qısa zaman ərzində həddindən artıq alkoqollu içki qəbul etsə, orqanizm iki qat güclü işləməyə başlayır. Alkoqollu içkini qazlı içki ilə qatmaq isə öd kisəsinin sıradan çıxmasına səbəb olur. Mütəmadi içilən alkoqollu içkilər qaraciyərə regenerasiyasını zəiflədir, toksinləri kənarlaşdırmaq qabiliyyətini azaldır. Bu da orqanın qısa zamanda xəstələnməsi ilə nəticələnir.

 

Alkoqollu içkilər dietə nəcə təsir edir? - E-tibb.az

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...