Bu ölkə hərbi təlimlərində “Bayraktar”dan istifadə etdi

Dünya
11:30 / 25.10.2022
8085
Türkmənistanda Hərbi Hava Qüvvələri və ordunun digər bölmələrinin birgə hərbi səhra təlimləri keçirilib.
Sfera.az “Neytral Türkmənistan”a istinadən xəbər verir ki, təlimlərdə ilk dəfə olaraq Türkiyənin “Bayraktar TB-2” pilotsuz uçuş aparatından istifadə edilib.
Uçuş aparatı 5 min metr hündürlükdən və 8 min metr məsafədən hədəfi vurmağa nail olub. Bununla da qarşısına qoyulan tapşırığı uğurlu şəkildə yerinə yetirib.
Təlimdə həmçinin hədəf seçilən təyyarəyə zenit batalyonunun zərbələri də məşq edilib.