İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - YENİLƏNDİ

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - YENİLƏNDİ

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

 

Sfera.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb. AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib.

 

Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb.

 

Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub.

 

Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib.

 

***

11:19

 

"AMEA-nın bu gün keçirilən ümumi yığıncağında akademiyaya yeni prezidentin seçilməsi məsələsinə baxılacaq".

 

Sfera.az xəbər verir ki, bunu AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov deyib.

 

O bildirib ki, bugünkü iclasda həm də akademiyanın yeni Nizamnaməsi qəbul olunacaq:

 

"Nizamnamə təsdiq olunması üçün Prezident Administrasiyasına təqdim olunacaq. Gündəlikdə yer alan təşkilati məsələyə gəlincə, bu, iclasın gedişatında məlum olacaq".

 

Rəyasət Heyətinin binasının aqibətinə toxunan A.Həşimov əlavə edib ki, hazırda bu məsələ gündəmdə deyil.


OXŞAR XƏBƏRLƏR