Prezidentin xüsusi nümayəndəsindən Qubadlı ilə bağlı paylaşım

Cəmiyyət
07:57 / 25.10.2022
7224
“Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 2 il ötür”.
Sfera.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.
“Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı”, - deyə E.Hüseynov qeyd edib.