Benzemadan böyük biabırçılıq

Kərim Benzema bir müddət “Ankaragücü”ndə çıxış edən Cerom Roteni ələ salaraq futbolçuya qarşı hörmətsizlik edib.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kərim Benzema sosial media hesabında bir müddət Ankaragücündə də forma geyinən Cerom Rotheni ələ salıb.
Ötən mövsüm göstərdiyi performansla karyerasının ən parlaq dövrünü keçirən fransalı hücumçu Kərim Benzema da “Qızıl top” mükafatını qazanıb. Benzema bu dəfə sosial şəbəkədə paylaşdığı İnstaqram hekayəsi ilə gündəm olub.
RMC-nin şərhçisi və eyni zamanda 2009-2010-cu il mövsümünün ikinci yarısında “Ankaragücü”ndə çıxış edən keçmiş fransız futbolçu Cerom Rothen son müsahibəsində Kilian Mbappenin Benzemadan üstün olduğunu bildirib.
Benzema buna səssiz qalmayıb və sosial şəbəkədə 44 yaşlı idmançıya cavab verib. Benzema Rothenin fotosunu paylaşaraq "Çox danışırsan, diqqətini topla" şərhini yazıb. Benzema bu paylaşımdan sonra "Qızıl top"u qazandığı fotonu paylaşaraq Rotheni tənqid edib.
Rothem isə öz növbəsində Benzemaya :
“İlk növbədə Benzemaya təşəkkür etmək istəyirəm. O “Ankaragücü” və Türkiyə ilə bağlı xoş xatirələrimi xatırlatdı. Əslində oğlum bu gün bütün günü “Ankaragücü” forması ilə gəzdi. Benzemanın etdiyi şey Türkiyəyə, böyük futbol ölkəsinə hörmətsizlikdir” deyə cavab verib.
Aynil