Qatilin atası “Netflix”i məhkəməyə verdi

Qatilin atası “Netflix”i məhkəməyə verdi

Silsilə qətlləri ilə məşhur olan qatilin atası Ceffri Dahmer “Netflix”i məhkəməyə verib


Sfera.az xarici mətbuata istinadən bildirir ki, reytinqdəki yerini hələ də heç kimə verməyən “Dahmer”də baş qəhrəmanın atasından gözlənilməz addım gəlib.
 

Ata oğlu ilə bağlı hər iki serialdakı qətlləri romantikləşdirdiyi üçün “Netflix”i məhkəməyə verməyə hazırlaşır.


Silsilə qətllər müəllifi Cefri Damerin atası Lionel Dahmer oğlu ilə bağlı çəkilən iki televiziya serialını məhkəməyə verməyə hazırlaşır.
 

Lionel Dahmer yeni sənədli serialda dindirmə zamanı əldə edilmiş səs yazılarından istifadə etməyə icazə vermədiyini açıqlayıb.
 

86 yaşlı Lionel Dahmer “Netflix”in serialdakı görüntülərlə bağlı onunla əlaqə saxlamadığına görə təəssüfləndiyini bildirib.


"Yaşanan anlaşılmazlıq səbəbi ilə əlaqədar bir neçə hüquqşünas və serialın rejissorları ilə danışdım. Vəkillər prodüser heyətinə və ya bəlkə də “Netflix”ə qarşı məhkəmə iddiasına hazırlaşırlar"-deyə o bildirib.
 

Özünü “Jeb” kimi təqdim edən Lionel Dahmerin baxıcısı “Netflix” yeni serialını tam izləməsə də, onun ədalətli çəkilmədiyini hiss etdiyini söyləyib:
 

"Lionel çox qayğıkeş ata idi. O, əlindən gələni etməyə çalışıb. Qalanı saxtakarlıq və sübut olunmamış detallara işarə etməkdir. Mən Lioneldən insanlara nə deməyimi istədiyini soruşduqda “Deməli olduğum hər şey gündəliyimdə var” demişdi.


Xatırladaq ki, 1978-1991-ci illər arasında 17 kişini qətlə yetirən Ceffri Dahmer haqqında çəkilən hər iki “Netflix” serialı çox böyük marağa səbəb olmuşdu.


Baxıcısı Ohayo kəndlərinin birində sakit həyat yaşayan Lionel Dahmerin oğlunun pərəstişkarlarının onun mülkünə müdaxilə etməsindən narahat olduğunu və artan bu diqqət qarşısında özünü qorumaq üçün silaha sarılmaq qərarına gəldiyini söyləyib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR