Naxçıvanda əsgərimiz həlak oldu

Cəmiyyət
18:50 / 24.10.2022
19924
Oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlu ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.
Faktla bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda araşdırma aparılır.