COVID-19 əleyhinə 1 nəfər peyvənd olunub

Cəmiyyət
18:00 / 24.10.2022
23552
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə cəmi bir vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a məlumat verilib. Son sutkada üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 907 099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 388 608, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 385 038, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 736 nəfər təşkil edir.