Rusiyanın planları baş tutmadı: Avropada qazın qiyməti enir
Rusiyanın Avropada qazın qiymətinin yüksəlməsi üçün bütün cəhdlərinə baxmayaraq, “köhnə qitə”də təbii qazın dəyəri enir.
Sfera.az xəbər verir ki, 2022-ci ilin iyunun 14-dən bəri Avropada ilk dəfə olaraq təbii qazın gündəlik satış qiyməti 1000 dollardan aşağı düşüb.
Bu gün noyabr fyuçerslərinin qiyməti cari məzənnə nəzərə alınmaqla 10,5% azalaraq 1 MVt/saat üçün 101,7 avro və ya min kubmetr üçün 1049 dollar təşkil edib.
Hərrac zamanı qiymət azalması hətta 15%-ə qədər də düşüb. Bunun nəticəsində qazın birja qiymətləri MVt/saata görə 96,5 avroya və ya min kubmetr üçün 995,5 dollara enib.
Qazın ucuzlaşması Avropada anomal isti hava şəraitinin müşahidə edilməsi, yeraltı qaz anbarlarında doluluq səviyyəsinin 90 faizi keçməsi və istehlakın qarşısını almaq üçün Avropa İttifaqında qaz qıtlığı qorxusunun azalması ilə bağlıdır.
Məlumatlara görə, bu mövsümdə bütün qitədə havanın normaldan daha isti olacağı gözlənilir ki, bu da isitmə mövsümünün gec başlamasına gətirib çıxaracaq və yeraltı qaz anbarlarının doluluq səviyyəsinin yüksək olmasına imkan yaradacaq.
Bu amillər son aylarda qazın qiymətinə azaldıcı təsir göstərir.
Vasif,
Sfera.az