Qiymətlər sürətlə artır, Mərkəzi Bank isə faizləri sabit saxlayır – ŞƏRH

Qiymətlər sürətlə artır, Mərkəzi Bank isə faizləri sabit saxlayır – ŞƏRH

Bu həftə Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinə yenidən baxacaq. Böyük ehtimalla bu dəfə də AMB faiz dərəcələrini sabit saxlayacaq. AMB sonuncu dəfə 2022-ci ilin martında uçot dərəcəsini 7,5 faizdən 7,75 faizə qaldırıb. Ondan sonra keçirilən bütün toplantılarda uçot dərəcəsi sabit saxlanılıb. 


Sfera.az xatırladır ki, AMB martda uçot dərəcəsini artıranda illik inflyasiya 12,1 faiz, dövrü inflyasiya 12,2 faiz idi. 


Sonrakı aylarda həm illik, həm də dövrü inflyasiya yüksəlsə də, AMB uçot dərəcəsini artırmadı. Sentyabrın 15-də baş tutan axırıncı toplantıya qədər illik inflyasiya 14,2 faizə, dövrü inflyasiya 13,2 faizə yüksəlmişdi. Faizlər sabit saxlandıqdan sonra sentyabrda illik inflyasiya 15,6 faizə, dövri inflyasiya 13,4 faizə qalxıb. 


Yüksək inflyasiyanın müşahidə olunduğu bir dövrdə AMB-nin üzərinə düşən öhdəliyi icra etməməsi təəccüb doğurur. AMB-nin əsas məqsədi ölkədə qiymət sabitliyini təmin etməkdir. Bu məqsədə uyğun olaraq, AMB yüksək inflyasiya şəraitində sərt pul-kredit (monetar) siyasəti yürütməlidir. Sərt monetar siyasətin bir əlaməti də məhz uçot dərəcəsinin artırılmasıdır. 


Amma AMB mart ayından bəri faizləri artırmaq istəmir, yalnız sabit saxlayır. AMB faizləri hər dəfə sabit saxlayanda arqument kimi inflyasiya səviyyəsinin ilin sonuna qədər azalacağı ehtimalını irəli sürür. “Baş bank”da düşünürlər ki, onsuz da, yüksək qiymətlərin təsiri ilə və böyük iqtisadiyyata sahib olan ölkələrin faiz dərəcələrini artırması səbəbindən dünyada tələb tədricən azalacaq və böhran baş verəcək. Tələbin azalması istər-istəməz qiymət səviyyəsini aşağı çəkəcək və nəticədə inflyasiya səviyyəsi enəcək. 


AMB bu gözləntiyə arxalanıb faizləri bir qədər də artırmağa ehtiyac görmür. 


Amma gözləntinin əksinə qiymətlər daha da artır, insanların alıcılıq qabiliyyəti pisləşir. Yüksək inflyasiya şəraitində ölkədə gəlirlərin ədalətsiz bölgüsü də baş verir. Aşağı və orta gəlirli insanların gəliri azalır, yığım imkanları məhdudlaşır, əvəzində isə yüksək gəlirli şəxslərin qazancı, qənaətləri bir qədər də artır. Bu vəziyyətdə makroiqtisadiyyat üçün də risklər yaranır, iqtisadiyyatın real böyümə imkanları məhdudlaşır. 


Göründüyü kimi, yüksək inflyasiya hər mənada zərərlidir. Buna görə də, onu cilovlamaq üçün mərkəzi banklar müvəqqəti sərt maliyyə siyasətinə keçir, faizləri artırır. Bu siyasətin məqsədi tələbi müvəqqəti zəiflədərək qiymətlərin daha çox artmasının qarşısını almaqdır. Tələbin zəiflədilməsi üçün kreditlər bahalaşdırılır, depozit qoymaq daha çox gəlir gətirir, dövriyyədə olan pul kütləsi azaldılır və s.  


Azərbaycanda yürüdülən monetar siyasətdə bu dəyişikliklər müşahidə edilmir. Kredit faizləri bir qədər də aşağı salındığından kredit qoyuluşu sürətlə artır, depozit faizləri aşağı olduğundan banklara qoyulan depozitlərin həcmində sürətli artım yoxdur, dövriyyədə olan pul kütləsində isə azalma baş vermir. 


Belə vəziyyətdə tələb güclü qalır və o, qiymət artımlarına əlavə dəstək verir. Buna görə də, hökmən AMB uçot dərəcəsini artırmalı və digər sadalanan dəyişikliklərə nail olmalıdır. Əks təqdirdə ilin sonunda inflyasiya səviyyəsində ciddi azalmanı görməyəcəyik. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...