Azərbaycanda İran təbliğatı aparan internet resurslarının SİYAHISI YAYILDI

Azərbaycanda İran təbliğatı aparan internet resurslarının SİYAHISI YAYILDI

“İranın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də informasiya cəbhəsidir: Facebook, Telegram, İnstagram, Youtube sosial şəbəkələri bu siyasətin əsas platforması olaraq istifadə edilir”.

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, bu siyasət əsasən iki istiqamətdə aparılır:

 

“Birincisi, din, şiə məzhəbi və Əhli-Beyt sevgisini manipulyasiya etməklə Azərbaycanın inanclı kəsimi üzərində təsirə nail olmaq;

 

İkincisi, Azərbaycan dövləti və hakimiyyətinin anti-İslam imicini formalaşdırmaq, Türkiyə və İsrailin Azərbaycanı “işğal edən”, “ələ keçirən” güclər kimi göstərmək və İranı “xilaskar” kimi təqdim etmək.

 

İran Azərbaycan ictimai rəyində daha təsirli olmaq üçün bu işi “azərbaycanlılar” vasitəsilə həyata keçirir. Bu siyahıda “Huseyniyyun” qruplaşmasının üzvləri - Tohid İbrahimbəyli, Orxan Məmmədov, Musa Əsədzadə, Rövşən Əsədov, Əkrəm Hacızadə və digərləri var.

 

Ekspert şəbəkənin Azərbaycan auditoriyasına hesablanan informasiya resurslarının adlarını da qçıqlayıb:

 

“Youtube platformasında kanalları:

 

1. “Müsəlman xalq” – “Azərbaycan araşdırma mərkəzi”;

 

2. “Az-Rad Tv”;

 

3. “Kərimə dövləti”;

 

4. “Həqiqətləri bil”;

 

5. “Əmmar Media”;

 

6. “Əli Aşiqləri_313”;

 

7. “Virtual müqavimət”;

 

8. “HuseyniyyunTv”;

 

9. “HİCAB.AZ313”;

 

10. “Yağlı Xəbər Plus”.

 

“Facebook” platforması:

 

1. “Huseyniyyun” qruplaşması üzvlərinin şəxsi hesabları;

 

2. “İslam-Eşq Dini” səhifəsi

 

3. “Həqiqətləri bil” səhifəsi;

 

4. “Azeri İslam Group”;

 

5. “Kərimə dövləti” səhifəsi.

 

Eyni zamanda müxtəlif dini adlar altında yaradılan onlarla səhifələr, qruplar, minlərlə feyk profillər üzərindən təbliğat qurulub. Şəbəkə İnstagram və Telegramdan da aktiv iştirak edir. Youtube və “Facebook”da yaradılan səhifələrin, kanalların İnstagram və Telegram kanalları da mövcuddur”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Makronun "Qafqaz planı" nədir? - AÇIQLAMA

ABŞ-nin dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı olub.Tərəflər Azərbaycan və Ermənistan arasında sülh...

Azərbaycanda adambaşına 255 dollar ipoteka krediti verilib

Əhalinin mənzil təminatının yaxşılaşmasında ipoteka kreditlərinin rolu əvəzsizdir. Hökumətlər müxtəlif sosial dövlət proqramları vasitəsilə ipoteka kreditləşməs...

Azərbaycanda 9 silah, 10 qumbara tapıldı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbi...

Bakıda arvad ərini öldürdü

Bakıda qətl hadisəsi törədilib.   Sfera.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avqustun 4-ü saat 19 radələrində Türka...

Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb

Türkmənbaşıda keçirilən dənizə çıxışı olmayan ölkələrin konfransı çərçivəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyan İranın vitse-prezidenti Məhəmməd Rza Arif ...

5 İyul – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Bu gün Azərbaycanda Hərbi Dəniz Donanması Günü kimi qeyd olunur. Əlamətdar gün, ölkənin hərbi tarixində mühüm yerə sahib olan Hərbi Dəniz Qüvvələrinin (HDQ) yar...