Zelenskidən “çirkli bomba” ittihamlarına CAVAB

Zelenskidən “çirkli bomba” ittihamlarına CAVAB

Rusiya-Ukrayna savaşı ilə bağlı daha bir iddia gündəm olub.

 

Sfera.az bildirir ki, bu dəfə Ukrayna qüvvələrinin radioaktiv maddə yayan bombalardan istifadə etdiyi barədə iddialar irəli sürülüb. Rusiyanın “çirkli bomba” iddiasına Ukraynanın cavabı gecikməyib. Zelenski Rusiyanın iddiasını təkzib edərək, bunun Moskvanın belə bir hücuma hazırlaşa biləcəyi anlamına gəldiyini deyib.

 

Ukrayna xarici işlər naziri Dmitro Kuleba isə Rusiyanın “çirkli bomba” iddiasını “təhlükəli və absurd” olaraq xarakterizə edib:

 

 “Birincisi, Ukrayna NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) öhdəliklərinə sadiqdir. Bizim nə “çirkli bomba”mız var, nə də onu almağı planlaşdırırıq. İkincisi, ruslar çox vaxt öz planlarına görə başqalarını günahlandırırlar”.

 

Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, İngiltərə müdafiə naziri Ben Valles və Fransa müdafiə naziri Sebastyan Lekornu ilə telefon danışıqlarında Ukraynanın təxribat təşkil etmək üçün “çirkli bomba”dan istifadə etmək planının olduğunu məruzə etmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...

ABŞ-də ölənlərin sayı 25 nəfərə çatdı

Kaliforniyada genişmiqyaslı meşə yanğınları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat y...

Bu yataqdan 650 milyon ton neft ÇIXARILDI - Hasilat daha da artacaq

Azərbaycan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kon...

"Hədəfimiz terrorsuz Türkiyədir" - Ərdoğan

Hədəfimiz terrorsuz Türkiyədir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının q...

Uşaqların düzgün və sağlam böyüməsində valideynlərin rolu böyükdür

Uşaq və gənclər həyatın ən dinamik və təməlli inkişaf dövrünü keçirlər. Bu dövr yalnız fiziki dəyişikliklərlə deyil, eyni zamanda, psixoloji və sosial inki...