Qazaxda gənc oğlan mübahisə zəminində bıçaqlandı

Kriminal
21:53 / 23.10.2022
29180
Qazax şəhərində yerli sakin mübahisə zəminində bıçaqlanıb.
Sfera.az-ın məlumatına görə, Qazax şəhərində 1997-ci il təvəllüdlü E.Rəfiyev mübahisə zəminində qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 2002-ci il təvəllüdlü Ə.Məmmədovdur.
Onun saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür./report