Uşaq pulu yenidən veriləcək? — AÇIQLAMA

Uşaq pulu yenidən veriləcək? — AÇIQLAMA

Azərbaycanda vaxtaşırı gündəmə gətirilən mövzulardan biri də uşaq pulunu verilməsiylə bağlıdır. Pandemiyadan əvvəl bu barədə həm ictimaiyyətdə, həm də Milli Məclis səviyyəsində dəfələrlə müzakirələr aparılsa da, yekun nəticə əldə olunmayıb. Son iki il ərzində isə demək olar ki, məsələ ilə bağlı müzakirələr tam səngiyib. 



Maraqlıdır, uşaq pulu yenidən Milli Məclisin gündəliyinə salına bilər?

 


Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev uşaq pulunun bərpasının gündəlikdə olmadığını vurğulayıb:
 


“Yaxın vaxtlarda da gündəlikdə olası mövzu deyil. Mən o barədə heç düşünmürəm”.



Bəs görəsən, inflyasiyanın yüksək həddə olduğu bir vaxtda ailələrin rifahını yaxşılaşdırmaq üçün nə etmək lazımdır? Həmçinin uşaq pulunu bərpası üçün hansı tədbirlər görülməlidir?



İqtisadçı-ekspert Emin Qəribli ilk olaraq uşaq pulu ilə bağlı ciddi araşdırmalara ehtiyac olduğunu vurğulayıb:




“Düşünmürəm ki, kimsə uşaq pulunun verilməsinə etiraz etsin. Sadəcə burada başqa bir məsələ var. Fikrimcə, maliyyə resurslarının haradan əldə olunmasıyla bağlı mənbələr göstərilməlidir. Bizim büdcəmizin ümumdaxili məhsulun payı kifayət qədər çoxdur. Ona görə də başqa müvafiq resurslar axtarılmalı, tapıldıqdan sonra isə uşaq pulunun verilməsinin səmərəliliyi təmin olunmalıdır. Bütün bunlar üçün isə tədqiqatların aparılmasına ehtiyac var. Həmçinin beynəlxalq təcrübəyə də diqqət yetirilməlidir”. 



Ekspert bu gün əhalinin müəyyən qədər yardıma ehtiyacı olduğunu düşünür: 



“Yardımın ayrı-ayrı modelləri var ki, bunu Azərbaycana uyğunlaşdıraraq tətbiq etsək, daha yaxşı olar. Məsələn, başqa ölkələrdə təcrübə var ki, valideyn təhsil haqqı ödəyirsə, ailəyə müəyyən yardımlar göstərilir. Yəni kriteriyalar müəyyənləşməli, sonra qərar qəbul olunmalıdır. 



Hazırda bizdə sosial təzminatlar kifayət qədər çoxdur, çünki bu gün yüz minlərlə məcburi köçkünümüz var, onlara yardım göstərilir. Gələcəkdə onlar doğma torpaqlarına qayıtdıqda, təbii ki, büdcədə müvafiq resurslar yaranacaq və onları lazımi istiqamətlərə yönəltmək mümkün olacaq. Çünki büdcə tərtib olunanda bütün amillər nəzərə alınır. Ona görə də hesab edirəm ki, uşaq pulunun verilməsi məsələsi hökumətdən asılıdır”.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edi...

Zelenskidən atəşkəs qərarına REAKSİYA:

Rusiya cəbhədə tam sükuta hazır olsa, Ukrayna eyni şəkildə hərəkət edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski...

“Yasak Elma”nın aktrisası rəfiqəsini bıçaqlayıb öldürdü - FOTO

Türkiyəli aktrisa Sevil Akdağ mübahisə etdiyi sosial media fenomeni olan rəfiqəsi Elif Kıravı bıçaqlayaraq öldürüb.    Sfera.az xəbər verir ki, ...

Toydan 2 yaşlı uşağı oğurlayan şəxs saxlanıldı

Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağının oğurlanması barədə məlumatlar yayılıb.   Sfera.az-ın məl...

Kütləvi zəhərlənmə olan şadlıq sarayının administratoru danışdı- VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində kütləvi zəhərlənmə olub.    “Qafqa...

Şərurlu İsfəndiyarın oğlu həbs edildi

Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlundan xəbər var.    Sfera.az-ın məlumatına görə, tikinti maqnatının oğlu Şahi...