Salman Rüşdinin son vəziyyəti açıqlandı

Salman Rüşdinin son vəziyyəti açıqlandı

Bir neçə ay əvvəl bıçaqlı hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdinin son vəziyyəti açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə yazıçının nümayəndəsi Endryu Vayli "Sky news" nəşrinə məlumat verib.

 

Bildirilir ki, avqustda hücuma məruz qalan yazıçının gözlərinin biri görmür. Məlumata görə, o, əlinin birini də hərəkət etdirə bilmir.

 

Rüşdi boynundan 3 bıçaq yarası alıb, sinirlərdən bəziləti zədələnib. Bədəninin digər yerlərində 15 bıçaq yarası var.

 

Xatırladaq ki, Nyu-Yorkda yaşayan Salman Rüşdi avqustun 12-də Chautauqua İnstitutunda mühazirə oxumaq üçün kürsüyə çıxarkən bıçaqlı hücuma məruz qalıb.

 

Yazıçının 1989-cu ildə qələmə aldığı "Şeytan ayələri" kitabı satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

 

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları yer alıb. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.


OXŞAR XƏBƏRLƏR