Etirazçılarla polis arasında TOQQUŞMA

Dünya
18:46 / 23.10.2022
15780
Moldovanın paytaxtı Kişinyovun mərkəzində polislə etirazçılar arasında toqquşma baş verib.
Sfera.az xəbər verir ki, polis nümayişçilərin şəhər mərkəzinə girişini əngəlləyib.
Məlumata görə,etirazçılar isə bir neçə dəfə kordonu yarmağa cəhd edib.
Etirazlar zamanı bir neçə nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları şəhərin mərkəzini mühasirəyə alıb və yoldan keçənləri yoxlayırlar.