"Qalatasaray" milli üzvü üçün 20 milyon avro tələb edir

Türkiyə Super Liqasında yeni mövsümə iddialı bir heyətlə start verən "Qalatasaray" bir çox klubların maraq dairəsində olan futbolçusu Viktor Nelsson ara transfer dönəmində komandadan ayrıla bilər.
Sfera.az "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi danimarkalı müdafiəçi üçün 20 milyon avro dəyərində təklif gəlməsi durumunda oyunçunu satmağa hazırdır. Heyətində Abdulkerim Bardakçı, Emin Byaram və Matias Ross kimi mərkəz müdafiəçiləri olan "cim-Bom" Nelssonun satışından əldə olunacaq gəlirlə uyğun bir qiymətə yeni müdafiəçi alacaq.
Qeyd edək ki, 24 yaşlı oyunçu "Qalatasaray"a 2021-ci ildə 7 milyon avro qarşılığında "Kopenhagen"dən transfer olunub. Bu mövsüm komandanın heyətində 9 matça çıxan Nelssonun klubla müqaviləsi 2026-ci ildə başa çatır. Müdafiəçi Danimarka millsində isə 7 oyun keçirib.