Dədə Süleyman son mənzilə yola salınır

Cəmiyyət
16:20 / 23.10.2022
13646
Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev ilə Təzəpir Məscidində vida mərasimi keçirilir.
Sfera.az xəbər verir ki, vida mərasimindən sonra mərhum Kürdəxanı qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.
O, uzun müddət idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən ayaq barmaqları amputasiya edilmişdi.