\"Oğlumu ağlı kəsməmiş evləndirməli idim\" - Brilliant Dadaşova

\

"Bəzən indi atalara baxıb məəttəl qalıram. Bizim atamız tam başqa adam idi. Ümumiyyətlə, dərdimi deyən insan deyiləm. Həmişə özümdə saxlayıram. Bu artıq xasiyyətdir. Yəqin ki, anam da olsaydı, ona deməzdim. Bəlkə də öyrəşməmişəm, ya da yoxdur. Problemlər olanda məsələn, universitetdə nəsə baş verəndə müəllimlərim məni müdafiə ediblər. Amma atamın heç xəbəri olmayıb. İstəməmişəm ona deyim. Heç kimin qanını qaraltmaq istəmirəm. Türklər belə insanlara "ketum" deyirlər. Problemlərimi özüm həll etmişəm, ancaq sevincimi bölüşməyi xoşlamışam. Bu, mənim artıq xislətimdə, təbiətimdə var". 

 

Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Astar" yutub layihəsində deyib. O, oğlu Cahadı evləndirmək planları ilə bağlı suala isə belə cavab verib:

 


"Yaralı yerimə toxundunuz. Əslində onun ağlı kəsməmiş bunu etməli idik. Çünki məclislərə gedirəm, görürəm uşaqları 20-22 yaşında evləndirirlər. Ağlı kəsməmiş daha rahat olur. Ağlı kəsəndən sonra isə çox seçici olur. Qızlar bəzən məcbur olur ki, ana olmalıdır, vaxtında ailə qurmalıdır. Amma oğlan üçün belə problem olmadığından bir vaxt gəlir baxır, seçmir, hər insanla xasiyyəti tutmur. Bir az zövq məsələsi var, nə bilim hələ ki, uzanır". 

 


B.Dadaşova evlilik mövzusunda oğlu ilə razılığa gələ bilmədiyi üçün bəzən onu danışdırmadığını da vurğulayıb:

 


"Küsürük ondan. Mən də atası da. Evlənsin deyə. Görürsən ki, bir həftə üzünə baxmırıq, danışmırıq. Ondan sonra bir şey olur o dəqiqə əriyirik, dayana bilmirik. Necə ki, balacalıqda nadinclik edəndə atası o dəqiqə gülürdü. Həmişə onunla dost olmuşuq. Hətta bəzən mənə elə şeylər danışırdı, ürəyim bərk vururdu. Məsələn, deyirdisə ki, 5 metrlik hasarda qaçırdıq, qaçdı-tutdu oynayırdıq, kim yıxılar, kim yıxılmaz ürəyim ağzıma gəlirdi. Ürəyim elə çırpınırdı, amma üzünə gülürdüm ki, nə yaxşı. Çünki qorxurdum deyim "Nə, sən 5 metrəlik hasarda qaçmısan?" Bunu bu gün ona desəm, sabah mənə nəsə deməyəcək. Yenə o hasarda qaçanda mənə danışmayacaq, ona görə də məcbur olub "ha-ha-ha" gülürdüm. O gülür, mən gülürdüm, amma ürəyim az qalırdı ki, yerindən çıxsın. Deyirdim "Ay Allah, oradan düşsəydi nə ola bilərdi?" Sonra yavaş-yavaş deyirdim ki, bəs yıxılardın, izah edirdim. Beləcə, dost olmuşuq. İndi azalıb, ondan söz ala bilmirəm. Qapalı qutu kimi, çox qılığına girirəm, danışmır. Hətta son 2-3 ildir ümumiyyətlə danışmır".


Dadaşova şəxsi həyatı ilə bağlı bəzi etiraflar da edib:

 


"Biz, xüsusən mən çox cəhd etdim ki, bir neçə uşağımız olsun. Olmadı, çünki pis vaxta düşdük. Hələ Azərbaycan yeni-yeni ayağa qalxır, formalaşırdı, müharibə var idi, cəbhə bölgələrinə gedirdim. Elə 3-4 uşağım dörd-beş aylıq olanda düşüb, ana ola bilməmişəm. Gəlmişik rayondan cəbhə bölgəsinə, oradan da bir başa xəstəxanaya uşaq getdi. Yenə gələn dəfə demişəm ki, heç yerə getməyəcəyəm, bu uşağı qorumaq lazımdır, amma yenə deyiblər ki, filan cəbhə bölgəsində sorğu apardıq gələrdi, bəlkə də 1 aydan sonra onlar həyatda olmayacaqlar sizi görmək, "Bayatılar" mahnısını eşitmək istəyirlər. Deyirdim yox, gedə bilməsəm sonra bunu özümə bağışlamaram. Gedirdim, konsert, falan və ya ölkəyə qonaq gəlib, geyinirdim, qarnımı bağlayırdım ki, görünməsin və yenə uşaq getdi. Hamısı da 4 oğlan. İndi mənim 5 oğlum olacaqdı, futbol komandası, amma olmadı". 

axşam.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...