"BakuBus"ın avtobusları ilə bağlı şikayətlər artır" - Ekspert

""BakuBus" MMC-yə məxsus “BMC” markalı avtobusun düşdüyü yol-nəqliyyat hadisəsi barədə məlumatda qeyd edilir ki, avtobusun əyləc sistemində nasazlıq olub".

 

Sfera.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

 

O bildirib ki, uzağı 3 ildir istismarda olan bu avtobusların belə texniki nasazlığının olması və həmin nasazlıqla istismar edilməsi təəssüf doğurur:

 

"Ümumiyyətlə, son vaxtlar "BakuBus" MMC-yə məxsus avtobuslarla bağlı şikayətlər (səs siqnalından yersiz istifadə, siqnalın çox güclü olması, bəzi sürücülərin kobudluğu və s. istiqamətdə) artır. Bakı sakinlərinin fəxr etdiyi avtobuslarla bağlı belə hallar məyusedicidir. Bu MMC-də olan problemlər aradan qaldırılmalıdır. Əks təqdirdə ictimai nəqliyyatdan üz döndərənlər çoxalacaq. Bu tipli problemin kökündən həlli üçün ilk növbədə ictimai nəqliyyatın iqtisadi (maliyyələşmə) və idarəetmə problemi həll edilməlidir".


OXŞAR XƏBƏRLƏR