Dədə Süleyman vəfat etdi

Dədə Süleyman vəfat etdi

Əməkdar artist, xanəndə Süleyman Abdullayev vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Apa-ya mərhumun qızı Aygün Abdullayeva məlumat verib.

 

Süleyman Abdullayev uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi.

 

Qeyd edək ki, Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 1959-cu ildə istedadlı musiqiçilər sorağı ilə Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini yüksək qiymətləndirilib və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilib. 1960-1964-cü illər ərzində Süleyman Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənib. 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb.

 

1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub.

 

Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndə hesab olunub. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışıb.

 

Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", "Şur” muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olub.

 

Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Sammitin moderatoru, Millətlər Birliyi təşkilatının Baş katibi ...

Mənimsənilən pullar qaytarılmır - Cəmi 38 milyon...

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin 1 ildən çoxdur davam edən məhkəmə istintaqı bu g...

Nazir havanın çirklənməsinin mənfi təsirlərindən DANIŞDI

“Havanın çirklənməsi ürək xəstəlikləri, insult, tənəffüs yolu infeksiyaları, ağciyər xərçəngi və diabet kimi bir çox xəstəlik üçün risk faktorudur. Uşaqla...

Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə ...

COP29-da akkreditasiyadan keçmiş 3000-dən çox sərnişin elektrik qatarları ilə səfər edib

7 gün ərzində ADY-nin elektrik qatarları ilə COP29 tədbirində akkreditasiyadan keçmiş 3000-dən çox sərnişin rahat və təhlükəsiz səfər edib.   Sf...

Əli Əsədov Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 15-də Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri Səid Məhəmməd Əl Tayerlə görüşüb.   Bu barədə Sfera...