FHN bazardakı yanğınla bağlı məlumat YAYDI

Gündəm
10:45 / 23.10.2022
13186
Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000kv.m sahədə yanıb.
Bu barədə Sfera.az-a FHN-dən bildirilib.
Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğın gecə saatlarında Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.