Bu şəkil görənləri çaşdırır - İphone, yoxsa “zaman səyahətçisi" illuziyası?

Bu şəkil görənləri çaşdırır - İphone, yoxsa “zaman səyahətçisi

Bir neçə il əvvəl 1995-ci ildə Mayk Tayson matçından əks olunan və geniş müzakirələrə səbəb olan bir görüntü yenidən sosial platformalarda gündəmə gəlib.

 

Sfera.az olaraq gəlin illuziya şaiyələrinə aydınlıq gətirmək üçün həmin görüntünün tarixinə qısa nəzər salaq.


Sosial şəbəkələrdə Tayson və Piter Maknili arasında keçirilən ağır çəki üzrə boks yarışını əks etdirən video yerləşdirilib.
 

Şəkildəki tamaşaçılardan birinin əlində kameralı telefona oxşayan bir cihazı var idi. O vaxt belə telefonlar hələ yox idi. Görüntü internetdə sensasiyaya səbəb olmuşdu və “zaman səyahətçisi” adlandırılmışdı. Bunun səbəbi, kamera quraşdırılmış smartfonların 2000-ci ilə qədər mövcud olmamasıdır. Samsung və Sharp belə smartfonları  müvafiq olaraq Cənubi Koreya və Yaponiyada satışa 2002-ci ilin noyabrına qədər satışa çıxarmamışdı.
 

Bu həftə Mayk Taysonun həmin görüntü ilə bağlı şərhi internet mediasında əksini tapıb. Taysona qatıldığı bir proqramda görüntü ilə bağlı sual verildikdə:
"Telefonlardandır, elə deyilmi? Bu hadisəni gördüm. Biri mənə göstərdi və bu məni çox qorxutdu"-deyə cavab verib.


O CİHAZ NƏDİ?


 

Lakin texnologiya saytları tərəfindən görüntüdəki şəxsin “zaman səyahətçisi” olmadığı və kamerası olan smartfon olmadığı sübut olunub.
 

 

O illər üçün oyuna bilet ala bilən hər kəs şəkildəki cihaza da pul ödəyə bilərdi. 1995-ci ildə geniş yayılmış və şəkildəki cihaza bənzər bir sıra kameralar var idi: xüsusilə Casio QV-10A, Casio QV-100 və Logitech Fotoman.
 

Konspiroloqların videoda iPhone olduğunu qətiyyətlə iddia etdiyi cihaz isə əslində “Logitech Fotoman” əl kamerasıdır.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...