Bütün Fransa təşviş içərisində - Cəsədi çamadanda tapılan 12 yaşlı uşaq

Bütün Fransa təşviş içərisində - Cəsədi çamadanda tapılan 12 yaşlı uşaq

Ötən günlərdə Parisdəki mənzillərinin həyətində çamadanda tapılan 12 yaşlı Lolanın müəmmalı ölümü bütün Fransanı təşvişə salıb.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, əqli qüsurlu olduğu deyilən Əlcəzairli qadın həbs edilib.


Normal qaydada gününü məktəbdə keçirən Lola günorta evə qayıtmayıb və atası təşvişə düşüb. Lolanın binada xadimə işləyən atası onun cəsədini plastik örtüklə gizlədilmiş çamadanda əzilmiş halda tapıb.


Meyitin ayaqlarında “0” və “1” yazıları aşkar edilib.


Əl-ayaqları bağlı olan qızın meyitinin müayinəsində boğularaq öldüyü müəyyən edilsə də, boynunda kəsik yaraları olduğu bildirilir. Lolanın bir ayağında “0”, digərində isə “1” yazılmış iki not kağızı tapılıb.


Polis qətldə əsas şübhəli olan 24 yaşlı Əlcəzair əsilli Dahbia B adlı qadını həbs edib. İstintaq araşdırmaları davam edir.
Qadın qızın itdiyi günün ikinci yarısında binanın əsas girişindən keçərkən təhlükəsizlik kameraları ilə müəyyən edilib. Daha sonra o, binadan çamadan çıxarıb, küçədə qəribə hərəkətlər edərkən görüntülənib.


Polis hələ ki ilkin olaraq Dahbia B.-nin psixoloji problemləri olma versiyası üzərində çalışır.


Bundan başqa Dahbia B-ni və onun çamadanını avtomobilində daşıdığı güman edilən 43 yaşlı kişi də həbs edilib. Dahbia B-nin Paris ətrafını gəzdikdən sonra bacısının yaşadığı yaşayış binasına qayıtdığı güman edilir.


Təhsil naziri Pap Ndiaye və Paris meri Anne Hidalqo Lolanın təhsil aldığı məktəbdə uşaqlar və valideynləri ziyarət edib. Şagirdləri sakitləşdirmək üçün psixoloji dəstək qrupları göndərilib.


Valideynlərdən biri mətbuata verdiyi açıqlamada:


“Qızım bütün həftə sonu ağladı, gözünü belə qırpmırdı. Artıq məhəlləmizdə heç kimə etibar edə bilmərik. "Övladlarım üçün çox narahatam" - deyə bildirib.



Prezidentin həyat yoldaşı Bricit Makron bunun dəhşətli və dözülməz faciə olduğunu bildirib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...