Ərdoğandan hicab məsələsi ilə bağlı YENİ TƏKLİF

Dünya
21:00 / 22.10.2022
16347
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib.
Bu barədə Sfera.az Türkiyə KİV-nə istinadla xəbər verir.
"Gəlin bu məsələni referenduma çıxaraq. Qoy xalq qərar versin", - Türkiyə lideri bildirib.
O, qanun layihəsini baxılmaq üçün ölkə parlamentinə təqdim etmək istəyir.
Bundan əvvəl Türkiyə lideri Türkiyənin əsas qanununa dəyişikliklərin hazırlanmasını təklif edib: yeniliklər qadınların müsəlman atributlarını geyinmək hüququnu təmin edəcək.