“Muğamı Könülsüz qoymayın” - Xalq artistindən xəstəliyi ilə bağlı MÜRACİƏT + FOTOLAR

“Muğamı Könülsüz qoymayın” - Xalq artistindən xəstəliyi ilə bağlı MÜRACİƏT + FOTOLAR

Yenidən səhhətində problem yaranan Xalq artisti Könül Xasıyeva sənət dostlarına müraciət edib.

 

Əməliyyatı üçün 150 min dollar (254 min manat) lazım olan xanəndə bu barədə instaqramda paylaşım edib.

 

Xasıyeva sənət yoldaşlarını postuna işarələyərək onlardan kömək istəyib.

 

“Səhhətimdə yaranan problemlə bağlı imkanlı şəxslərə müraciət edirəm. Zaman əleyhimə işləyir. Heç nəyi gözləmir. Sizdən dəstək olmağınızı xahiş edirəm. İnanıram ki, Azərbaycan muğam səhnəsini Könülsüz, ən əsası 40 yaşımda Allahın bəxş etdiyi Kazımı anasız qoymayacaqsınız. O, körpədir, gələn ayın 17-i 15 yaşı tamam olacaq. Hələ işləmək, pul qazanmaq kimi bir imkanı yoxdur. Mən olmasam,  Kazımın da yaşamaq şansı sıfırdır. İllərdir çiyin-çiyinə çalışdığım sənət yoldaşlarımdan xahiş edirəm ki, bu çətin gündə dəstək olsanız, gec olmadan əməliyyata girsəm, sənətimə və Kazıma qovuşaram. Tək arzum Kazımın toyunu görməkdir”.

Qeyd edək ki, sənətçinin boğazında şiş aşkarlanıb.

 


OXŞAR XƏBƏRLƏR

Bakıda məktəblərdən uşaqlar qaçırılır? – DİN-dən reaksiya

“Vatsap qruplarında valideynlər arasında şagirdlərin məktəblərdən qaçırılmasına dair iddialar yayılıb. Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan ...

Azərbaycan Ordusunun şanlı gücü: XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün, 30 aprel 2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin elit birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 26 il öt...

Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib....

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...