Nazpəridən ŞOK AÇIQLAMA: "İlhamənin ağlına da gəlməzdi ki..."

Nazpəridən ŞOK AÇIQLAMA:

“Onu bir dəfə ziyarət etmişəm. Dəfələrlə yuxuda gördüm. Özü də əsəbi, günahkar kimi görünürdü. Dedi ki, Nazpəri, haqqını halal et. Oyandım, onun adına yasin oxudum. Bir müddət sonra ziyarət etməyə getdim. Yaxşı qadın, gözəl sənətkar idi".
 

Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva illər əvvəl qalmaqal yaşadığı, mərhum Xalq artisti İlhamə Quliyeva haqqında qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda danışıb. 
 

Sənətçi mərhum həmkarının mahnılarını evdə zümzümə etsə də, amma repertuarına salmadığını bildirib: 


"İlhamənin ağlına da gəlməzdi ki, onun haqqında nəsə danışım. Mən isə üzə tərifləyən adam deyiləm. Onun mahnılarını evdə zümzümə etmişəm, amma yazdırmamışam. “Yandım, elə yandım”ı sevirdim. Böyük mənuniyyətlə ifa edərdim. Amma istəmədim.


Çünki kim mahnısını oxuyurdu, bir bəzək-düzək edirdi. O, vəfat edəndə mətbuatdan zəng etdilər, dedilər ki, İlhamə xanım dünyasını dəyişib, nə deyə bilərsiniz? Cavab verdim ki, düşünürəm ki, əgər İlhamə Quliyeva vəfat edibsə, deməli biz də ölə bilərik”. 

 

Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. O, iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi. 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunun şanlı gücü: XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün, 30 aprel 2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin elit birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 26 il öt...

Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib....

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...