Azərbaycanın məşhur idmançısı "Qarant Sığorta Agenti”ni seçdi - FOTOLAR

Azərbaycanın məşhur idmançısı

Dəfələrlə Azərbaycan, 9 dəfə Avropa, 4 dəfə dünya çempionu olmuş, əməkdar idman ustası, prezident mükafatçısı Ramil Əhmədovun da seçimi "Qarant Sığorta Agenti” olub.
 

Sfera.az bildirir ki, məşhur idmançı "Qarant Sığorta Agenti”nin icraçı direktoru Abbas Məmmədov ilə görüşüb. Görüş zamanı sığorta sahəsinin əhəmiyyəti müzakirə edilib, çempionun “Qarant Sığorta Agenti” seçimi, müştəri məmnuniyyəti dəyərləndirilib. Tərəflər arasında uzun əməkdaşlığın davam etdirilməsinə qərar verilib.

Xatırladaq ki, Ramil Əhmədov prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-olimpiya idman növlərinin (pauerliftinq) inkişafından xüsusi xidmətlərinə görə fəxri fərmanla təltif olunub. O, həmçinin Milli Məclisin sədr müavini, Gənclər və İdman Komitəsi sədri Adil Əliyev tərəfindən ölkəmizi beynəlxalq yarışlardan layiqincə təmsil etdiyinə görə fəxri fərmanla təltif edilib. 2018-ci ildə Əhmədova nazirin əmri ilə Azərbaycan əməkdar idman ustası, idman dərəcəsi və döş nişanı verilib.


Açıklama yok.

 

Qeyd edək ki, “Qarant Sığorta Agenti”  Məhdud Məsuliyyəti Cəmiyyəti (Qarant Sığorta Agenti MMC), 000226 saylı lisenziya üzrə 21 iyun 2009 tarixindən bəri sığorta bazarında fəaliyyət göstərən universal bir milli sığortaçıdır.


OXŞAR XƏBƏRLƏR