Günəş Venera ilə qovuşur - Havada sevgi qoxusu var

Günəş Venera ilə qovuşur - Havada sevgi qoxusu var

Oktyabrın 22-də Tərəzi və Əqrəb arasında Venus Starpoint meydana gələcək. Bu o deməkdir ki, oktyabrın 23-nə keçən gecə Günəş və Veneranın qovuşması baş verəcək. Bu səma hadisəsi, ulduzların hərəkəti Venera dövründə dönüş nöqtəsi olacaq. Sevgidə isə tamamilə yeni bir dövrün başlanğıcının əsasını qoyacaq. Yarımçıq qalmış sevgilər, ruh ekizləri bu andan etibarən yaralarına məlhəm olacaq və sıfırdan başlayacaqları dövrə qədəm qoyacaqlar.



Sfera.az oxucuları üçün Venera və Günəşin birləşdiyi bu özəl günün xüsusiyyətləri haqqında məlumatları təqdim edir.



Venera oktyabrın 22-də Günəşin işığı ilə birləşəcək. Gecələr aypara ilə birlikdə başqa planetləri görmək olacaq. Bu vizual “ziyafəti” qaçırmaq istəməyənlər gecə səmaya baxmağı unutmasın.



Venera ilə Günəşin birləşməsi yeni bir dövrün başlanğıcı olacaq.



Venera Əqrəb bürcündə hərəkətini Günəşlə birləşmək və Tərəzi bürcünə keçmə ilə tamamlayır. Bu yerdəyişmə kifayət qədər gözəl bir dövr vəd edir. Çünki Venera öz bürcündə - yəni Tərəzi bürcündə olarkən baş verəcək bütün hadisələr müsbətə doğru olacaq.



1771-ci ildən bəri ilk dəfə



Astroloqlar Günəş və Venera birləşməsi haqqında - Veneranın uzun müddət sonra ilk dəfə Tərəzi bürcündə qovuşacağını qeyd edir. Bu səma hadisəsi sonuncu dəfə 1771-ci ildə baş verib. Şanslı hadisənin şahidi olmağımız sarıdan bəxtimiz gətirib.
Venera 8 ildə cəmi 5 dəfə hərəkətdə olacaq.
 

Venera və Günəş birləşmələrinin iki formada baş verəcəyini bildirən astroloqlar, bu dəfə 8 ildə cəmi 5 dəfə hərəkət edən Veneranın
Göydə bir pentaqram meydana gətirəcəyinu bildirir.
 

Astroloqlar Veneranın hərəkətdə olarkən 8 il ərzində Günəşlə 5 dəfə beşbucaqlı şəkil almasını çox vacib hesab edirlər. Araşdırmalara görə, hər Venera və Günəş birləşməsinin enerjisi fərqlidir.


23 oktyabr Venera və Günəşin birləşməsi kişi enerjisində baş verəcək.


Bunun nə deməkdir?


Tərəzi bürcünün təmsil etdiyi (münasibətlər, sevgi, ünsiyyət, ədalət və vasitəçilik axtarmaq, tolerantlıq və harmoniya kimi) sahələrdə daha iddialı və qətiyyətli addımlar ata bilərik. Münasibətləri idarə etməyi istəyə bilərik. Ancaq bunları edərkən Qoç kimi dağıdıcı olmaq lazım deyil. Çünki Tərəzi münasibətlərdə harmoniya və əməkdaşlıq əldə etmək tərəfdarıdır.

Bəs bu tandemin bürclərə hansı xüsusi təsirləri olacaq?

Qoç

Qoçlar üçün evlilik və ya nişan kimi mühüm hadisə ola bilər. Yeni bir sevgi və ya keçmişdən birindən xəbər alacaqsınız. Həyəcanlı və macəralı bir dövrdən keçəcəksiniz.

Buğa

Hakim planetiniz sizə gözəllik və pul yağdıracaq. Özünüzü əvvəlkindən daha əmin və daha yaxşı hiss edəcəksiniz. Əlləriniz açıqdır və bol qazancınız var. Bu günlərdə evdə qalmayın. Qazancınızdan özünüz üçün faydalanın.

Əkizlər

Bu həftə də Əkizlərin ünsiyyətcilliyinə söz ola bilməz. Özlərini əvvəlki kimi enerjili və xoşbəxt hiss edəcəklər. Yeni gündəm də ola bilər, həyatınızın yeni dönüş nöqtəsi də ola bilər. Nə olursa olsun, sizin xeyrinəzidir. Ulduzların qrafikinə etibar edə bilərsiniz.

Xərçəng

Maddi cəhətdən sıxıntımvə öhdəliklər Xərçənglərin əllərini bağlaya bilər. Amma yenə də sevgiyə fürsət vermək olar. Bütün stressinizi götürün. Həyata çox emosional baxırsınız, arzularınız zamanla gerçəkləşir. Gec də olsa, istədiklərinizə nail olacaqsınız.

Şir
 

Şir bürcü həm aşiqdir, həm də həyəcanlı. Niyə olduğunu bilmədiyiniz bir daxili həyəcan ola bilər. Bu günlərdə istəklərinizə qulaq asın. Nə diləsəniz reallaşa bilər.

Qız bürcü

Qızlar üçün yeni iş və yeni sevgi qapıdadır. Əgər rutinlərdən yorulmusunuzsa, özünüzə bir az vaxt ayırmaq yaxşı olar. Bu həftə sosial fəaliyyətinizi aktivləşdirin, yeni insanlarla tanış olun. Sizin üçün faydalı olacaq


Tərəzi

Tərəzi bürcləri bu dövrdə “parlayacaq”. Karyera həyatında yeniliklər ola bilər. İlk baxışdan mənfi təsir bağışlasa, o qədər də ümidverici görünməsə belə, arxasındakı sevinci görməyə hazır olun. Eşq həyatında da xoşbəxt anlar yaşadığınız üçün şanslısınız.

Əqrəb

Əqrəblər bu dövrdə libidonun zirvəsində olacaq. Həqiqətən ehtiraslı bir sevgi yaşaya biləcəkləri insanı tapacaqlar.

Oxatan

Çevrənizi genişləndirməyə kömək edə biləcək bir dövrdür. Sosialsınız və karyeranız yaxşı istiqamətdə irəliləyir. Uğurlar sizin tərəfinizdədir. Yeni planlar qurmaq və həyata keçirmək üçün əlverişli dövrdür. Keçmişinizdən də nəsə xəbər eşidə bilərsiniz.


Oğlaq
 

Bu müddətdə ulduzlar şəxsi həyatınızda böyük dəyişikliklər etmək üçün sizə dəstək olacaq. Yeni bir münasibət və ya evlilik qərarı verməyə hazır ola bilərsiniz. Xoşbəxt ola biləcəyinizi düşündüyünüz, amma qorxduğunuz hər şeydən cəsarət qazanacaqsınız.

 

Dolça
 

Saturn bürcünüzü tərk etdikcə sevgi və münasibətlərdə rahatlıq tapacaqsınız. Ruhi və fiziki sağlığınız qaydasına düşəcək. Ən qısa zamanda yeni bir münasibətə başlaya bilərsiniz. Bu sizə xüsusi təsir göstərə bilər. Ünsiyyət tərəfiniz güclüdür, bundan məharətlə istifadə edin.


Balıqlar

Sevgidə şanslı bir dövrə qədəm qoyursunuz. Bu dövrdə ruhən sağalmağınıza kömək edəcək partnyorunuzla tanış ola bilərsiniz. Bəzən əks qütblərə çəkilmiş kimi hiss edə bilərsiniz, lakin ümumilikdə özünüzü azad hiss edəcəyiniz dövr olacaq.


Aynil
 


OXŞAR XƏBƏRLƏR