Abdullahian: “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”

Siyasət
17:08 / 21.10.2022
9451
“Tehran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir”.
Sfera.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Qafan şəhərində baş konsulluğun açılışında deyib.
Abdullahian Təbrizdə də Ermənistanın baş konsulluğunun açılacağını bildirib:
“İran hökumətinin qarşılıqlılıq prinsipi əsasında Təbrizdə Ermənistanın Baş Konsulluğunu açmağa hazır olduğunu xatırlatmaq istərdim”.