Balakən gömrük postunda FACİƏ: Xarici ölkə vətəndaşı öldü

Balakən gömrük postunda FACİƏ: Xarici ölkə vətəndaşı öldü

Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində, Mazımçay Gömrük postunda ölüm hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Gürcüstandan Azərbaycan ərazisinə idarə etdiyi iri tonnajlı yük avtomobili ilə keçən, Belarus vətəndaşı, 1975-ci il təvəllüdlü Aleksandr Fusevin halı qəfildən pisləşib və elə orada keçinib.

 

Hadisə yerinə gələn həkim briqadasının ilkin rəyinə görə, xarici vətəndaş ürək tutmasından ölüb. Meyit müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR